Azərbaycan İdeyası

ƏMƏK QABİLİYYƏTİ OLMAYANA SOSİAL YARDIM DÜŞMÜR?

Tarix:22-07-2016, 15:29
Baxış Sayı:610

Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz buinu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılçış ioş yerlərinə o qədər də maraq göstərmirlər. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə insanlar özləri daha çox məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin Ehtiyat Fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıb. Lazım olarsa, daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar".
Bu sözləri Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunan 10 iyul iclasında çıxış edən Prezident İlham Əliyev deyib.
Yaxşı bəs insan xəstədirsə, işləyə bilmirsə, ünvanlı sosial yardım verilməsindən imtina edilirsə, necə yaşasın?
Sumqayıt şəhəri, 26-cı məhəllə, "Xəzər bağları" deyilən massivdə , M. Ə. Sabir küçəsi, ev-78 ünvanda yaşayan üç uşaq atası Əhmədov Ramin Ağaismayıl oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirib ki, 2011-0ci ildə ağır cərrahi əməliyyat olunduğundan, əmək qabiliyyətini itirib. Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib, Mərkəzin ÜSY sektorunda Pərviz müəllim ona bildirib ki, işləmədiyinə görə ünvanlı sosial yardımn düşmür. Acınacaqlıdır, belə çıxır ki, işləyə bilməyən zərb-məsəldə olduğu kimi dişləməməlidir. Eləysə, dövlətin sosial siyasəti nə üçündür?

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı