Azərbaycan İdeyası

Korrupsiya və hüquq

Tarix:16-10-2015, 17:03
Baxış Sayı:685


Xaləddin İsgəndərovun “qoçuları” ev yıxmaqda davam edirlər

Tavanları başlarına uçuranlar KİV-ə üz tutdular

Məhkəmə qərarı olmadan heç kəsin tikdiyini heç kəs sökə bilməz. İnsanların təməl hüquqlarından olan mülkiyyət hüququ bunu tələb edir. Bu hüquq Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmağına baxmayaraq, çox vaxt icra hakimiyyəti orqanları öz səlahiyyətlərini aşaraq, məhkəmə icraçıları kimi çıxış edir, vətəndaşların evini yıxır, fiziki və hüquqi şəxslərin obyektlərini yerlə-yeksan edirlər.
Redaksiyamızın poçtuna bir qrup vətəndaşın şikayət ərizəsi daxil olmuşdur. Həşimov Rafiq Qardaşəli oğlu, Zərbəlizadə Asif Qala oğlu, Feyzullayev Fərid Bayram oğlu və Hacıyev Ruslan Adil oğlu bildirirlər ki, Binəqədi rayonu ərazisində Dərnəgül qəsəbəsi, 3105-ci məhəllədə birincinin mülkiyyətində, onların icarəsində olan və təmir etdirdikləri xidmət (servis) obyektinin tavanını 06.09.2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin nümayəndələri kimi özlərini təqdim edən şəxslər traktorla vurub dağıdıblar. Niyə belə etdiklərini soruşduqda isə deyiblər ki, “köhnə olsaydı sökməzdik, təzədi deyə sökürük”.
Zərərçəkənlərdən A.Zərbəlizadə dəyən ziyanın 5 min manat məbləğində olduğunu bildirərək, ədalətin bərpası naminə problemin kütləvi informasiya vasitələrində ictimailəşdirilməsini xahiş edir.
Yeri gəlmişkən qeyd edək ki, Binəqədi İcra Hakimiyyətinin fəaliyyətində ev yıxmaq praktikası geniş yayılıb. Cənab Xaləddin İsgəndərov rayona başçı vəzifəsinə təyin olunandan sonra bu mənfi tendensiya daha da güclənib.
Şikayətçilər ərizəyə Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən obyektə verilmiş texniki pasportun surətini də qoşma etmişlər. Göründüyü kimi, Binəqədi RİH başçısı Xaləddin İsgəndərovun “qoçularının” bu ev yıxan əməlləri rayonda, həm də sahibkarlığın inkişafına yönəlik dövlət siyasəti ilə daban-dabana ziddiyyət təşkil edir.

OXŞAR XƏBƏRLƏR
ghfg 8 mart 2017 06:26
  Жалоба     
to further update the Longines watch design Jia haze series, not only launched the case size of larger size, but also provide more exquisite replica watches uk dial selection. However, Longines watch case series haze modeling still slim fashion, as replica rolex in the past. Similarly, there is rolex replica no change, as well as swiss replica watches the classic series of the charm of the charm of elegance.
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı