Azərbaycan İdeyası

Bu seçkilərdə ilk dəfə səs verəcək vətəndaşların sayı açıqlandı

Tarix:20-10-2015, 16:17
Baxış Sayı:376

"Səsvermə günü isə 257 seçicinin 18 yaşı tamam olacaq. Mən o gəncləri də səs verməyə çağırıram. Siz ölkənizin gələcəyinə səs vermiş olacaqsınız”.
"Korrupsiya və Qanun" qəzeti Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə parlament seçkilərində gənclərin fəallığı ilə bağlı respublikanın Gənclər Təşkilatları nümayəndələri ilə keçirilən görüşdə deyib.
M.Pənahov deyib ki, həmişə Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayıb: “Arzu edirik ki, gənclər müstəqilliyimizin qədrini bilsinlər. Müstəqilliyi qazanmaqla bərabər, dövlətin suverenliyini qorumaq da vacibdir. Suverenliyin qorunması gənc nəslin necə yetişməsindən asılıdır. Əvvəllər dövlətləri suverenlikdən, müstəqillikdən məhrum etmək üçün hərbi hücum edirdilərsə, indi ölkələrin suverenliyinə müxtəlif yollarla müdaxilə edirlər. Bura “beşinci kolon” və ya seçkilər də daxildir. Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətdə həmişə müxtəlif səbəblərdən müəyyən narazı kəsim olur. Bu və ya digər səbəbdən narazı qalan insanları müəyyən kənar qüvvələr öz tərəflərinə çəkir və sonra öz maraqları üçün istifadə edir, “beşinci kolon” yaradırlar. Bu baxımdan gənclər həssas təbəqədir. Gənclər dünyaya daha çox çıxırlar və onlar mürəkkəb dünyada Azərbaycanı qiymətləndirməyi bacarmalıdırlar. Gənc müstəqil ölkələrin gələcəyi yetişdirdiyi gənclərin əlindədir”.
M. Pənahov qeyd edib ki, bu il ilk dəfə səs verəcək gənclər 1998-ci ildə dünyaya göz açan gənclərdir: “Əgər kimsə seçkiyə biganə münasibət bildirirsə, gənclər dərhal buna reaksiya verməlidir. Bu seçkilərdə 63 min 555 min nəfər ilk dəfə səs verəcək. Səsvermə günü isə 257 seçicinin 18 yaşı tamam olacaq. Mən o gəncləri də səs verməyə çağırıram. Siz ölkənizin gələcəyinə səs vermiş olacaqsınız”.
Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Gənclər Təşkilatlatının rəhbərləri və qonaqlar iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı