Azərbaycan İdeyası

DİQQƏT: Müşahidə və "exit-poll" üçün daha bir gün...

Tarix:20-10-2015, 09:59
Baxış Sayı:441

Sabah Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi və MSK-nın “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul etməsi üçün ayrılan müddət başa çatır.
"Korrupsiya və Qanun" qəzetinə istinadən APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında, beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycana gəlib Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələri MSK-ya təqdim etməlidirlər.
Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 22-dək olan dövrü əhatə edir.
Eyni zamanda aktiv seçki hüququna malik Azərbaycan vətəndaşının öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət edilməsi üçün ayrılan müddət sabah başa çatır.
MSK-nın Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməsi üçün ayrılan müddət də sabah başa çatacaq. “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydalarına əsasən səsvermə gününə ən azı 10 gün qalmışadək MSK “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 22-dək olan dövrü əhatə edir.
Yazar

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı