Azərbaycan İdeyası

Bu kadrlar Bakıda lentə alınıb – VİDEO

Tarix:27-09-2017, 13:42
Baxış Sayı:245



Azyaşlı avtobusda konduktorluq edir

Təxminən 8-10 yaşı olan uşaq avtobusda konduktor edir. O, avtobusun ön hissəsində şitin üzərində oturaraq minib- düşənlərdən pul alır.
Görüntülər paytaxtda, sərnişindaşıma ilə məşğul olan 60 nömrəli avtobusda çəkilib. Təhsildən yayınan uşağın təhlükəsizliyi qorunmamaqla yanaşı, həm də onun əməyindən istifadə edilir. Məsələni araşdırmaq üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, həmin görüntülər 60 nömrəli avtobusda çəkilməyib. Ümumiyyətlə isə heç vaxt bu avtobuslarda az yaşlıların əməyindən istifadə edilmir.
Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələndirmə və Marifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirir ki, həmin görüntülərin hansı avtobus xəttində çəkildiyinin müəyyən etmək üçün artıq agentlik araşdırmaya başlayıb. Mais Ağayev deyir ki, mütəmadi olaraq agentlik daşıyıcı şirkətlərə bu baradə xəbərdarlıq edir.
Belə hallara hansı sərnişin avtobusunda yol verilərsə, agentlik bununla bağlı tədbirlər görəcək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı