Azərbaycan İdeyası

Kəmər taxmayanlara PİS XƏBƏR – VİDEO

Tarix:29-11-2018, 17:32
Baxış Sayı:166


Əvvəllər avtomobillərin sığorta olunmaması, texniki baxışdan keçməməsi kameralara düşürdüsə, indi təhlükəsizlik kəmərindən istifadə etməyənləri də kameralar üzə çıxarır.
Korrupsiya-q.az ARB TV -yə istinadən xəbər verir ki, məhdud sayda olan “ağıllı” kameralar indi demək olar ki, paytaxtın bütün ərazilərində quraşdırılıb. Lakin, keçirilən sorğu nəticəsində məlum olur ki, sürücülərin əksəriyyəti bundan xəbərsizdir.
Təhlükəsizlik kəmərini taxmadığınız üçün kameraya düşürsünüz və cərimələndiyinizi bilirsiniz?
Sürücü: “Xeyr, məlumatım yoxdur”.
Sürücü: “Xəbərim yoxdur”.
Elməddin Muradlı – ekspert: “Düşünürəm ki, bu sahədə təbliğat işləri aparmaq lazımdır. Videoroliklər hazırlanmalıdır. KİV-lər vasitəsilə təbliğ edilməlidir. Əksər sürücülərin bundan xəbəri yoxdur”.
Məsələdən xəbərdar olan bəzi sürücülər isə, kameraya düşməməkçün tünd geyimlər geyinirlər. Lakin, bu, vəziyyətdən çıxış yolu deyil.
BŞDYPİ-nin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə “ağıllı” kameraları bu şəkildə aldatmaq mümmkünsüzdür.
Vaqif Əsədov – BŞDYPİ-nin bölmə rəisi: “Bu istiqamət üzrə tərəfimizdən tədbirlər görülür. Sürücülər düşünməsinlər ki, ərazidə polis əməkdaşı yoxdursa, demək xəta törətmək mümkündür. Kameralar vasitəsilə xətalar dərhal qeydə alınır, elektron vasitəsilə qərarlar qəbul edilir”.
Təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülər üçün cərimə məbləği 40 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı