Azərbaycan İdeyası

1000 məntəqəyə veb-kamera quraşdırılıb

Tarix:21-10-2015, 17:15
Baxış Sayı:480

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Rabitə və yüksək Texnologiyalar naziri Əli Abbasov, müavini İltimas Məmmədov MSK-da yaradılan “veb-kamera”lara texniki nəzarət mərkəzində olublar.
"Korrupsiya və Qanun" ictimai - siyasi -hüquq qəzetinə istinadən Aktual.az xəbər verir ki, Rabitə və yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirilib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün məntəqə seçki komissiyalarında quraşdırılan veb-kameralar tam hazır vəziyyətdədir.
Onun sözlərinə görə, seçki məntəqələrində səsverməni internet vasitəsilə izləmək mümkün olacaq:
“İnternet vasitəsilə MSK-nın saytına daxil olmaqla seçkini izləmək olar. Əvvəllər hər hansı proqramların yüklənməsi lazım idisə, indi buna ehtiyac olmayaq. 124 seçki dairəsini əhatə edən veb-kameralar seçki məntəqələrinin 20 faizini təşkil edir, bu da 1000 məntəqə deməkdir. Veb-kameralar quraşdırılan məntəqələrdən informasiyasının ötürülməsi üçün yüksək parametrli xəttlərin ayrılması ilə şəbəkə yaradılıb”.
İ.Məmmədov qeyd edib ki, 5415 məntəqədə telefonlaşma işi yekunlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı