Azərbaycan İdeyası

Uşağını zəncirləyən ana ilə bağlı ŞOK FAKTLAR - VİDEO

Tarix:22-08-2019, 13:50
Baxış Sayı:98





Bakıda yaşayan Yevlax rayon sakini Şahanə İsmayılova, Nəsimi rayonu Cavadxan küçəsində kirayə qaldığı mənzildə övladının ayaqlarını zəncirlə bağlayaraq işə gedib.

9 yaşlı uşaq səhər saat 8-dən axşam 10-a qədər köməksiz vəziyyətdə qalıb. Qonşuların sözlərinə görə bu hal bir dəfə yox, bir neçə dəfə təkrarlanıb.

Şahid: "Döyürdülər, uşağın belində pol taxtası sındırırdılar".

Şahid: "Zəncirlə bağlamışdı, burda oturub bizimlə danışırdı, neçə dəfə qaçıb".

Şahidlər deyirlər ki, ayağından zəncirlənən azyaşlı, normal, psixoloji durumunda heç bir problem olmayan uşaqdır.
Faktla bağlı ARB TV-yə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev, azyaşlının fotosunun idarəyə ötən gün daxil olduğunu bildirib. Ona qarşı qeyri-insani rəftarla bağlı fakt nəzarətə götürülüb. Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. Şahanə İmayılova isə məsuliyyətə cəlb olunub.
"Şahanə İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu bildirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib. Araşdırma zamanı Nəsimi Rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub".
Bir neçə gün davam edən vəziyyətə ətrafdan müdaxilə də bu məqamda danışılacaq məsələdi.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı