Azərbaycan İdeyası

Davaya qalxan və bir-birini “razborka”ya çağıran meyxanaçıların görüşü baş tutdu - Video

Tarix:18-12-2019, 11:44
Baxış Sayı:57


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl tanınmış meyxanaçı Ələkbər Yasamallı həmkarı Aqşin Fateh haqda xoşagəlməz ifadələr səsləndirib. “Instagram” hesabında canlı yayım zamanı Aqşini təhqir edən ifaçı onu söhbətə də çağırıb. "Sənə ikinci dəfə şans verdim. Kərimlə olan söhbətdə sənə dəstək oldum. Amma üçüncü dəfə get tullan. Sən kim, mən kim. Bizim aramızda böyük fərqlər var. Sən özün qəşəng bilirsən nə fərqlərdi. Nömrə 1 söhbəti edir. Mənim yanımda Aqşin etdiyin hərəkətlərə görə mömrən sıfırdı. Gəl mən olan restorana. Çıxanda da görüşə bilərik", - deyə Ə. Yasamallı bildirib.
Qalmaqallardan sonra Aqşin Fateh sosial şəbəkədə Ə.Yasamallını görmək üçün getdiyini, lakin onun gəlmədiyini deyib və tezliklə görüşün baş tutacağını bildirmişdi.
“Yeni Sabah” xəbər verir ki, gözlənilən görüş dünən baş tutub. Həmkarı ilə görüşən Ə.Yasamallı aralarındakı poblemi həll etdiklərini bildirib:
“Bizim Aqşinlə aramızda min söhbət olsa da, biz kişiyik. Bizim sənətdə söhbət gedib məhkəməyə çıxmır, şou-biznes kimi deyil. Bizim 20 ildir dostluğumuz, qardaşlığımız var. Aqşin sənin sənətinə, uğuruna sevinməyən heç insan deyil. Kiminsə ürəyindən tikan çıxartmamaq üçün, fikirləşdim, qərara gəldim ki, bir olmaq lazımdır. Bizim nə söhnətimiz varsa, özümüzə aiddir. Görüşüb, qucaqlaşıb bi-birimizdən üzrxahlıq edə bilərik. Bu qorxmaq deyil, böyüklükdür. Mən Allahdan başqa heç kəsdən qorxmuram. Sadəcə ortada haqq söhbəti var, sənin haqqına girmişəmsə, Allah keçsin günahımdan”.

Həmin görüntüləri təqdim edirik:



OXŞAR XƏBƏRLƏR
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Nazir yeni rəis müavini təyin etdi - FOTO
Nazir yeni rəis müavini təyin etdi - FOTO
271 nömrəli məktəbdə "qoçu" peyda olub? - "Hər gün kimisə döyür"
271 nömrəli məktəbdə "qoçu" peyda olub? - "Hər gün kimisə döyür"
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb