Azərbaycan İdeyası

Qarabağ əlili mənzil uçotunda adını və sıra nömrəsini tapa bilmir

Tarix:28-01-2020, 10:32
Baxış Sayı:241

Cəbrayıl rayonundan məcburi köçkün, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Rafiq Əlicanov küçəsi, ev 14/B, mənzil-31-də müvəqqəti məskunlaşmış Məmmədov Elmir Rəşid oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 1993-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndində Qarabağ döyüşləri zamanı yaralanmışdır. Hazırda əlildir və məcburi köçkündür. Yaşayış vəziyyəti acınacaqlıdır. Bununla bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, ona köməklik göstərilməyib. 29.04.2019-cu il tarixli məktubla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, onun adı mənzil növbəsində olan Qarabağ müharibəsi əlillərinin növbəti siyahısına daxil edilmişdir.
“Görəsən, bu “növbəti siyahı” nə vaxt bitəcək? İstəyirəm ki, buna ƏƏSMN naziri cavab versin”. – deyə ərizə müəllifi sual verir: “Mən oğul övladı böyüdürəm, gələcəyin əsgəri... Mən Qarabağ əlili olaraq xahiş etmişəm ki, maşın da versinlər. Bununla bağlı ərizə də yazdım, cavab vermədilər”.
Sonda E.Məmmədov redaksiyadan xahiş etmişdir ki, qeyd etdikləri KİV – də ictimailəşdirilsin, aidiyyati üzrə instansiyalara göndərilsin. E.Məmmədov ərizəsinə şəxsiyyətini, əlillik statusunu təsdiqləyən sənədlərin surətlərini də əlavə etmişdir.
Maraq üçün “social.gov.az” saytına daxil olub “Rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə dayanan Qarabağ əlilləri və şəhid ailələrinin növbəlilik siyahısı”na göz atdıq. Orada Suraxanı Rayon İcra Hakimiyyəti başçısının yalnız 19.05.2016-cı il tarixdə ƏƏSMN nazirinin müavininə göndərdiyi siyahıya rast gəldik. Həmin siyahıda Elmir Məmmədovun adı yox idi. Suraxanı Rayon İcra Hakimiyyətinin anında mənzil məsələləri üzrə ictimai komissiyasının internetdə yerləşdirdiyi son siyahı isə 25.04.2019-cu il tarixə olan vəziyyəti əks etdirir. Həmin siyahıda da Elmirin adı qeyd olunmayıb. Növbəti siyahı internet resurslarına nə vaxt yerləşdiriləcək? – bilinmir!

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir