Azərbaycan İdeyası

"Qaçqınkom"dan verilən cavablar əksərən mücərrəd xarakter daşıyır - Anasının fətvası ilə hərəkət edən bağça müdirəsi dörd uşaqlı iki köçkün ailəsini küçəyə atmaq istəyir

Tarix:30-04-2019, 16:43
Baxış Sayı:971

Qəzetimizin əvvəlki saylarında redaksiyamıza mənzil problemləri ilə əlaqədar müraciət etmiş məcburi köçkün vətəndaşların problemlərini ictimailəşdirəndən sonra aidiyyati üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərdiyimiz 2019-cu il 14 fevral tarixli məktublara Komitədən cavablar almışıq.
Komitə sədrinə göndərdiyimiz 14 fevral 2019-cu il tarixli 0473 saylı məktubumuza yazılmış 15 mart 2019-cu il tarixli cavab məktubunda bildirilir ki, məktubumuza aidiyyəti üzrə Komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyada baxılmışdır.
"Bildiririk ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə Beyləqan rayonu ərazisində 146 mənzildən ibarət, Şirvan rayonu ərazisində isə 685 mənzildən ibarət yeni qəsəbələr inşa edilir. Beyləqan rayonu Şərq qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Mirzəyeva Naridə Famil qızının və Şirvan şəhəri Telemexanika Zavodunun düşərgəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə müvafiq qaydada yuxarıda qeyd edilən qəsəbələr istismara verilən zaman baxılacaqdır.
Əlavə olaraq bildiririk ki, Füzuli rayonundan məcburi köçkün Yusifova Gülnar Əvəz qızının mənzillə təmin edilməsi məsələsinə növbəti mərhələdə onunla eyni vəziyyətdə yaşayan digər ailələrin köçürülməsi zamanı baxılacaqdır.
Qəzetinizdə dərc edilmiş digər məqalə ilə Sumqayıt şəhəri 13 saylı uşaq bağçası köçürülmə obyekti kimi göstərilən zaman orada yaşayan digər ailələr kimi Cəbrayılov İsfəndiyar Elxan oğlunun ailəsi də qanunvericiliyin tələblərinə əsasən faktiki ailə tərkibinə uyğun olaraq mənzillə təmin eidləcəkdir".
Komitənin cavab məktubunun bircə müsbət tərəfi odur ki, adları çəkilən köçkünlər gec-tez mənzilə yiyələnəcəklərinə ümidlərini itirməməlidirlər, vəssalam. İndi isə keçək cavabın mənfi, daha dəqiq desək, problemli vətəndaşları qane etməyən tərəflərinə. Redaksiya olaraq həmin şəxslərlə əlaqə saxlayıb məktubu müzakirə etmişik.
Məsələn, Şirvan şəhəri Telemexanika Zavodunun düşərgəsində müvəqqəti məskunlaşan məcburi köçkünlər bildirirdilər ki, şikayətləndikləri əsas problem qaz istehlakına görə üzərlərinə yazılmış hədsiz dərəcədə artıq borcla əlaqədardır. Göründüyü kimi, Komitə bu məsələnin həlli ilə maraqlanmayıb.

OXŞAR XƏBƏRLƏR
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin             həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri  haqqında