Azərbaycan İdeyası

DİN-NIN BAŞ İSTINTAQ VƏ TƏHQIQAT İDARƏSI POLIS MÜSTƏNTIQLƏRININ ƏDALƏTSIZ QƏRARLARINI “MALALAYIR”

Tarix:30-04-2020, 13:34
Baxış Sayı:200

İmişli rayonunun Qaralar kənd sakini Xudiyev Nəriman Əhməd oğlunun redaksiyamıza müraciəti əsasında hazırlanmış və "Korrupsiya və Qanun" qəzetinin 20 noyabr 2019-cu il tarixli sayca 05 (74)-ci nəşrində 6-cı səhifədə dərc olunmuş " MƏCBURİ KÖÇKÜNLÜK STATUSU ÇİRKİN NİYYƏTLƏRƏ SİPƏR EDİLİR - İMİŞLİ POLİSİNİN YA SƏRİŞTƏSİZLİYİ, YA DA..." sərlövhəli məqalədə ehtiva olunan məsələnin obyektiv araşdırılması üçün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə göndərmişdik.
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən redaksiyamıza göndərilən 21.12.2019-cu il tarixli cavab məktubunda ilk cümlədə göstərilir ki, müraciətimizə baxılmışdır və müəyyən olunmuşdur ki, Nəriman Xudiyevin tanışı Qanboy Kərimovun icazəsiz ona məxsus otlaq sahəsində mal-qaralarını otararaq əmlakını ələ keçirməsi barədə şikayəti üzrə İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsində göstərdiyi xüsusatlar yoxlanılmaqla araşdırma davam etdirilir.
Amma məktubda yer alan sonrakı cümlələr yetərincə aydın deyil: “Şikayətinizlə bağlı rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququnuz vardır. Müraciətiniz cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən İmişli rayon prokuroruna göndərilmişdir”. Bu cümlələrdən belə nəticə hasil olur ki, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis mavini Emin Məmmədov (məktuba imza edən vəzifəli şəxs) KİV-i şikayətçi ilə səhv salmışdır. Bilməmişdir ki, əmlakına qəsd edilən qəzet redaksiyası deyil, vətəndaş Xudiyevdir. KİV nümayəndəsi olaraq biz Nazirlikdən yalnız görülən işlər barədə informasiya almaq istəmişik. Polis tərəfindən jurnalist fəaliyyətimizə maneçilik törədilsəydi, əlahiddə özümüz şikayət edər, jurnalist hüquqlarımız uğrunda mübarizə aparardıq.
Başqa bir diqqətiçəkən məqam da ondan ibarətdir ki, İmişli RPŞ-nin İstintaq Bölməsi “2x2” qədər aydın olan bir məsələnin araşdırılmasını niyə 3 ay yubadır, ildən-ilə keçirir.
DİN-nin adı çəkilən İdarəsindən 30.12.2019-cu ildə başqa bir müraciətimizə də yayındırıcı cavab məktubu gəlmişdir. Söhbət "Korrupsiya və Qanun" qəzetinin 20 noyabr 2019-cu il tarixli 05 (74) - ci nəşrində 11-ci səhifədə dərc olunmuş "Bir daha statuslarını itirmiş vəkilfason "nümayəndələrin" dələduzluq əməlləri barədə" sərlövhəli məqalədə ehtiva olunan məsələdən – vətəndaşların Şəki rayon Polis Şöbəsinin baş müstəntiqi Müşfiq Qasımovun ədalətsiz qərarından etdikləri şikayətdən gedir. Bu “cavab” məktubunda da cənab Emin Məmmədov xatırladır ki, şikayətçilərin prokurora, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüquqları vardır. Bu halda sual edirik: Baş İstintaq və Təhqiqat İdarəsi müstəntiqin qərarındakı ədalətsizliyi görmək üçün neylədi ki, prokurorluq və məhkəmə neyləsin?

Adəm Əliyev

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO