Azərbaycan İdeyası

Azərbaycanın "Hindistan polisi" - Zərəçəkən özü dələduzun qolundan sürükləyib gətirməlidirmi?

Tarix:26-05-2017, 13:42
Baxış Sayı:669



Qəzetimizin 15 fevral 2016-cı il tarixli sayca 02 (51)-ci nəşrində dərc olunmuş "İnamdan sui-istifadə etməzlər" başlıqlı birinci, 8 oktyabr 2016-cı il tarixli sayca 06 (56)-cı nəşrində yer alan "Müstəntiq şübhəli şəxsi axtarmadan cinayət işinin başlanılmasını rədd edib" sərlövhəli ikinci, 11 noyabr 2016-cı il tarixli sayca 07 (56)-cı nəşrində təqdim olunmuş "Baş müstəntiq Möhsüm Cabbarovun tərtib etdiyi qərar nümunəvi formadan hansı naqisliyi ilə fərqlənir" adlı üçüncü məqalədə Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında musiqiçi işləyən İslamov İslam Zahir oğlunun, Kərimov Şəfa Mehman oğlunun, Əliyev Famil İsrayıl oğlunun həmin filarmoniyada kadrlar şöbəsində işləyən 1964-cü il təvəllüdlü Məlikova Afət Aslan qızı tərəfindən aldadılmalarına dair şikayətləri dərc olunmuşdu. Həmçinin bildirilmişdi ki, məsələ qəzetimizdə ictimailəşdiriləndən sonra nəhayət ki, Yasamal rayon Prokurorluğu materialı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərmişdir.
Həmin material üzrə işin araşdırılması ilə 13 may 2016-cı il tarixdən məşğul olan şöbənin baş müstəntiqi, polis mayoru Möhsüm Cabbarov isə Məlikova Afət Aslan qızının istintaq şöbəsinə gətirilməsinin təmin edilməməsini əsas göstərərək toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Formal olaraq CPM-nin 39.1.2-ci, 85-ci və 212-ci maddələrinin tələblərini əldə rəhbər tutan müstəntiqin qərarı haqlı suallarımıza cavab verəcək səviyyədə deyil: Bəyəm A.Məlikovanın öldüyü müəyyən olunub ki, istintaqa gətirilməsi təmin olunmur? Müstəntiqin CPM-nin 85.4.5. müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq; 85.4.6. tutulma, məcburi gətirilmə və digər prosessual məcburiyyət tədbirlərinin aparılmasını müvafiq təhqiqat orqanına tapşırmaq, habelə ondan istintaq və ya digər prosessual hərəkətlərin keçirilməsinə kömək göstərilməsini tələb etmək... kimi vəzifələrinin olduğunu unutduğunu da qeyd etmişdik.
Şikayətçilər 15 avqust 2016-cı il tarixli həmin qərarın surətini də redaksiyaya təqdim etmişlər. Müstəntiq qərarını bununla əsaslandırır ki, öz tərəfindən əməliyyat aparatının imkanlarından istifadəedilərək müvafiq tapşırıq verilsə də, Afət Məlikovanın istintaq şöbəsinə gətirilməsi təmin edilmədiyinə və bu üzdən onun işin halları üzrə izahatının alınması mümkün olmadığına görə toplanmış materiala hüquqi qiymət vermək də mümkün deyil.
Qərarın tərtibatında diqqətimizi çəkən maraqlı bir detalı qələmə almışdı: "Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi qəbul edilmiş qərar barədə tərəflərə məlumat verilməsinin vacibliyini qeyd etsə də, tərəflərin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüquqlarının izah edilməsini qeyd etməmişdir. Onun əvəzinə bu işi Binəqədi RPİ-nin İŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Mehman Ələsgərov görmüşdür. Halbuki prosessual sənədlərin nümunəvi formaları sırasında "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar"ın vacib punktlarından biri də məhz tərəflərə qərardan şikayət etmək hüquqlarının olmasının izahını ehtiva edir. Aşkar görünür ki, baş müstəntiq qərardan şikayət verilməsini və ümumiyyətlə bu işin uzanmasını istəmirmiş..."
Yeri gəlmişkən qeyd edək ki, şikayətin dərc olunduğu qəzetin nüsxələrini müşayiətedici məktublarla baş prokurora və daxili işlər nazirinə də göndərərək, müvafiq tədbirlərin görüləcəyinə, redaksiyamızın məlumatlandırılacağına ümid etdiyimizi bildirmişdik.
Çifayda, ümidlərimiz hələ ki özünü doğrultmayıb. Adresatların heç birindən cavab almamışıq. Bu yerdə daha bir neçə sual ortaya çıxır: Fiarmoniyada polisin axtardığı kadrlar şöbəsinin əməkdaşı Məlikova Afət Aslan qızı nə vaxtdan işə çıxmır? O, işdən Əmək Məcəlləsinin hansı maddəsi ilə vəzifəsindən azad edilib? Bəlkə "öldüsü-qaldısı" barədə iş yoldaşları məlumatlıdırlar? Hind filmlərində olduğu kimi, zərərçəkən özü dələduzun qolundan yapışıb (yumşaq ifadədir-red.) polisə gətirməlidirmi?
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq