Azərbaycan İdeyası

"İNDİYƏDƏK VƏZİYYƏTİMDƏN ŞİKAYƏTLƏNMƏYİ ÖZÜMƏ RƏVA GÖRMƏMİŞÇƏM, AMMA..." - EVİ QƏZALI VƏZİYYƏTDƏ OLAN ŞƏHİD ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

Tarix:23-08-2017, 15:10
Baxış Sayı:599



Balakən şəhəri, 20 yanvar küçəsi - 14 ünvanda qeydiyyatda olan və yaşayan Əliyeva Töhfə Vəli qızı şəhid anasıdır. Övladı Əliyev Saleh Mustafa oğlu 23 avqust 1993-cü ildə Xankəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. 2002-ci ilin aprel ayının 16-da mərhum Saleh Əliyevə məhkəmə qətnaməsinə əsasən şəhid statusu verilmişdir. Töhfə xanım yazır ki, bir çoxlarından fərqli olaraq o, şəhid anası statusundan imtiyaz və üstünlüklər əldə etmək üçün istifadə etməmişdir. Şəhid ailələri üçün ayrılan müavinəti də almır. "Mənzil şəraitim qeyri-qənaətbəxşdir. İndiyədək dözüb aidiyyati qurumlara müraciət etməmişəm. Ümummilli lider Heydər Əliyevin doğulduğu Naxçıvandan olduğuma görə, vəziyyətimdən şikayətlənməyi özümə rəva görməmişəm. Yalnız son bir ildə çarəsiz qalıb bir neçə instansiyaya üz tutmuşam. Amma acınacaqlı vəziyyətimlə maraqlanan yoxdur. Bu üzdən Sizə kütləvi informasiya vasitələri ilə açıq formada müraciət etmək qərarına gəldim. Hazırda yaşadığım ev qəzalı vəziyyətdə, yaşayış üçün tam yararsız olduğu üçün Ulu Öndərimizin davamçısı İlham Əliyevə müraciət edirəm: Cənab Prezident, mənim şəhid anası olmağımı, mənzillə təmin olunmağım üçün aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirəm. Hazırda evdə qorxu içində yaşayırıq". Töhfə Əliyeva həmçinin bildirmişdir ki, 1978-ci ildən eyni ünvanda yaşamağına baxmayaraq küçədən qaz xətti keçsə də, onun evində təbii-qaz təchizatı yoxdur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı