Azərbaycan İdeyası

SƏBAİL POLİSİ DƏLƏDUZ QADINI HİMAYƏ EDİR?

Tarix:28-11-2017, 16:41
Baxış Sayı:571



Bakı şəhəri Yasamal rayonu Əhməd Cavad küçəsi ev 163 ünvanda yaşayan Bayramov Yusif Ulduz oğlu redaksiyamıza göndərdiyi ərizədə rayonun Badamdar qəsəbəsində yaşayan E. adlı qadından şikayətlənib. Ondan girov qoyduğu qızıl zinət əşyaları qarşılığında 3500 manat pul götürübmüş. Şərtləşdikləri kimi aylıq 6 faiz sələm olaraq 210 manat da əlavə ödəyib. Borcu qaytarmaq və qızılını girovdan çıxarmaq istəyəndə E. ona deyib ki, səni tanımıram. Bu barədə Səbail rayon Polis İdarəsinə, rayon prokurorluğuna da şikayət edib. Yazır ki, RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi cənab Çingiz Seyidov bu işin mülki məsələ olduğunu deyib və ərizəsini rədd edib. Şikayətçi hətta bu qənaətdədir ki, Səbail polisində E.-yə havadarlıq edənlər var. Çünki ondan şikayət edənlər çoxdur, bununla belə barəsində heç bir təsirli tədbir görülmür.
Y. Bayramov vasitəsilə redaksiyamıza xanım E. barədə ikinci bir şikayətçi də üz tutmuşdur. Xətai rayonu 2 saylı Zeytunluq 81 C ünvanda yaşayan vətəndaş Qafarov Ağadadaş Həsrət oğlu bildirir ki, E. işə düzəltmək adı ilə ondan 5000 (beş min) manat pul alaraq aldatmış, vədini yerinə yetirməmiş, pulu da qaytarmamışdır. O da əvvəlki şikayətçi kimi eyni qənaətdədir : E.-nin hüquq mühafizə orqanlarında himayədarları var.
Əlbəttə, redaksiya olaraq biz şikayətçilərin fikirlərinə şərik deyilik. Amma Yasamal RPİ-nə və Yasamal rayon Prokurorluğuna sorğu göndərib E.-ninbarəsində edilmiş şikayətləri öyrənməyə, ümumiləşdirməyə cəhd edəcəyik.

C.Xıdıroğlu

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı