Azərbaycan İdeyası

YENİ BAŞ PROKUROR ŞƏBƏKƏ BİZNESLƏRİNİN CİNAYƏTLƏRİNİ TƏQİB EDƏCƏKMİ?

Tarix:14-05-2020, 10:43
Baxış Sayı:217

Hələ 2010-cu ildə “Yeni Musavat”yazırdı:” “Quest Net” şirkəti Heydər Əliyev Fondunun və ölkənin birinci xanımı Mehriban Əliyevanın adından istifadə edərək, vətəndaşları aldadır. Adamların çoxunu bu vasitə ilə inandırmağa çalışırlar ki, həqiqətən bu şirkət dövlət səviyyəsindədir. Hətta orada olduğumuz zaman üzərində Heydər Əliyevin şəkli olan saatı bizə xüsusilə reklam etdilər. Bildirdilər ki, ən çox satılan mallardan biri məhz bu saatdır…
Masallı rayonu, Böyük Kolatan kəndində qeydiyyatda olan Məhərrəmova Aybəniz Orucəli qızı ərizə ilə redaksiyamıza müraciət edərək yazmışdı ki, 2014-2015-ci illərdə Bakı şəhərinin Yasamal rayonunda "Nizami" metrostansiyasının həndəvərində kirayə ev tutmuş, bir müddət orada tək yaşamışdır. Qonşuluqda yaşayan, onun iş axtardığını bilən Sevda adlı qadın ona təklif vetmişdir ki, özünün işlədiyi biznes strukturu olan "Q-Net" şirketində işə düzəlsin, yaxşı gəliri olacaq. 2014-cü ilin axırlarında onu özü ilə şirkətin ofisinə aparmış, şirkətdə satılan məhsulları göstərmişdir. Yazmışdı ki, şirkətin azı 700 manatdan başlayan, yuxarısı 1250 manatlıq qiymətə olan məhsullarını nağd pulla götürüb satmağı təklif ediblər. O, sata biləcəyinə əmin olmadığı məhsulu bəri başdan ödəməklə götürmək üçün pulu olmadığını deyəndə şirkətin ofis rəhbəri kimi təqdim olunan Oruc adlı şəxs onun anasının pensiyaçı olduğunu öyrənib demişdir ki, pensiya kartı ilə məhsul götürmək olar. Üstəlik, Aybəniz xanıma təklif etmişdir ki, qardaşını da bu biznesə qoşsun. Oruc müəllimin israrı ilə xanımlar Aybənizgilin kəndinə yollanmış, onun anası və qardaşı ilə görüşüb iş barədə doğmalarını da məlumatlandırmışlar. Onları Orucun vəd etdiyi kimi, bu işdə qazanc olduğuna inandırmaq üçün xeyli "dil tökdükdən" sonra anası Aybənizə 800 (səkkiz yüz) manat pul vermiş, onlar da həmin pula şirkətdən məhsul götürmüşlər. Lakin, tezliklə Aybəniz xanıma məlum olmuşdur ki, həmin bahalı məhsulları sata bilməyəcək. Onları şirkətə geri qaytarsa da, pullarını vermirlər.
A.Məhərrəmova bildirmişdi ki, əvvəlcədən ona özü ilə başqa adamlar cəlb etmək öhdəliyinin olduğunu deməyiblər. Yəni, işin bütün şətləri ilə tanış olmayıb. Odur ki, redaksiyadan bu problemi ictimailəşdirməyi, aidiyyati qurumlara çatdırmağı xahiş etmişdi.
Həmin məlumat əsasında qəzetimizdə dərc etdiyimiz “Şəbəkə biznesi ananı bala ilə üz-üzə qoyub” başlıqlı məqaləni işıq üzü görəndən dərhal sonra 08 oktyabr 2019-cu il tarixli müşayiətedici məktubla Azərbaycan Respublikasının sabiq baş prokuroru Zakir Qaralovun və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovun yüksək diqqətinə çatdırmışdıq. Məktubumuzda ümid ifadə etmişdik ki, ictimai təhlükə kəsb edən “Q-net” piramida şirkətinin fəaliyətinin araşdırılması, hüquqi qiymət verilməsi və nəticə barədə redaksiyanın məlumatlandırılması təmin ediləcək.
Çifayda, adresatlardan həmin məsələ ilə əlaqədar cavab gəlmədi. Ümid qalıb yeni baş prokurora. Təqib olunmayan bütün cinayətlərlə bağlı məktublarımızı təzələməli, üzümüzü cənab Kamran Əliyevə tutmalıyıq.

Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?