Azərbaycan İdeyası

ƏMDK DÖVLƏT ƏMLAKINI ONU 20 ILIN VICDANLI ICARƏÇISINƏ TƏKLIF ETMƏDƏN BAŞQASINA SATIB

Tarix:19-11-2020, 11:36
Baxış Sayı:1 472




Sumqayıt şəhəri, 5-ci mkr., ev – 33/6, mənzil – 16 ünvanda yaşayan Mehdiyev Mail Kamran oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, sənətkarlıqla məşğul olduğu emalatxananın onun əlindən alındığını və hərraca çıxarıldığını bildirmiş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən haqsızlığa məruz qalmasından şikayətlənmişdir.
Ərizəyə əlavə edilmiş iş materiallarından məlum olmuşdur ki, M.Mehdiyevin işlətdiyi “Video-Ton” kiçik müəssisəsinin Sumqayət şəhəri, 9-cu mikrorayon, ev – 51A ünvanında yerləşən 9 mərtəbəli binanın sahəsi 25,6 kv/metr olan zirzəmisi Azərbaycan Respublikası qərarı ilə hərraca çıxarılmışdır. Tərəflər arasında mübahisənin tarixçəsi isə bir neçə il əvvəl başlamışdır. Belə ki, ƏMDK Sumqaıt şəhər Məhkəməsinə müraciət edərək, M.Mehdiyev və Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə qarşı iddia qaldıraraq onların arasında bağlanılmış 02 yanvar 1997-ci il tarixli 212 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və M.Mehdiyevin həmin zirzəmidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli, 2(060) 3581/2013 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 212 saylı məlum icarə müqaviləsinin etibarsız elan edilməsi və M.Mehdiyevin həmin zirzəmidən çıxarılması qət edilmişdir.
M.Mehdiyev həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin işə dair 30 sentyabr tarixli qətnaməsinin ləğv edilməsini və ƏMDK-nin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi çıxardığı 05 fevral 2014-cü il tarixli 2(105)-309/2014 saylı qətnamə ilə Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli qətnaməsini mübahisələndirilmiş icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir.
----ƏMDK 21 iyul 2017-ci il tarixli 165 saylı sərəncamı ilə
“Video-Ton” kiçik müəsisəsi ƏMDK-nın bu sərəncamından Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayət vermiş, ləğv edilməsini tələb etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 2-1(85)-2106/2018 saylı qərarı ilə iddia qismən təmin edilmiş, ƏMDK-nin sərəncamı mübahisəli qeyri-yaşayış sahəsinin hərraca çıxarılması hissəsində ləğv edilmiş, iddia qalan hissəsə ləğv edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin, qərardan üçüncü şəxs(sözügedən qeyri-yaşayış sahəsini hərrac yolu ilə satın alan Hüseynov Nazim Əliqara oğlu) tərəfindən də apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 24 aprel 2019-cu il tarixli 2-1(105)-233/2019 saylı qərarı ilə üçüncü şəxs N.Hüseynovun apellyasiya şikayətini qismən, ƏMDK-nin apellyasiya şikayətini qismən təmin etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 2-1(85)-2106/2018 saylı qərarını ləğv etmişdir.
Mail Mehdiyevlə Nazim Hüseynov arasında da əlahiddə olaraq məhkəmə çəkişməsi getmiş, Sumqayıt şəhər Məhkəməsi bu iş üzrə 26 sentyabr 2018-ci il tarixli 2(060)-8019/2018 saylı qətnaməsi ilə N.Hüseynovun iddiası təmin edilərək, M.Mehdiyevin mübahisəli qeyri-yaşaış sahəsindən çıxarılması qət edilmişdir. M.Mehdiyevin verdiyi növbəti apellasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi 07 yanvar 2019-cu il tarixli 2(105) – 551/2019 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin bu iş üzrə 26 sentyabr 2018-ci il tarixli 2(060)-8019/2018 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır.
Məsələ bundan ibarətdir ki, Sumqayıt ŞİH-nin MKTB ilə “Video-Ton” KM arasında bağlanmış icarə müqaviləsi onların özləri tərəfindən ləğv edilməyib. Doğrudur, müqavilənin müddəti bir illik olsa da, tərəflərdən heç biri birtərəfli qaydada müqavilədən imtina etmədikləri üçün sonrakı illər üçün də qüvvədə qalmışdır. Məhz buna görə ƏMDK əvvəlllər həmin müqavilənin ləğv edilməsi üçün məhkəməyə dəfələrlə müraciət etsə də, iddiası ləğv edilmişdir. Amma 2018-ci ildə obyekt “Video-Ton” KM-nin icarəsində və M,Mehdiyevin qanuni istifadəsində ola-ola ona xəbərdarlıq və təklif edilməsən hərraca çıxarılmış və başqasına satılmışdır. Halbuki, “Özəlləşdirmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə dövlət əmlakı hərraca çıxarılmamışdan əvvəl həmin obyeti qanuni əsaslarla istifadə edən icarədara təklif edilməli, icarədar bundan imtina etdikdən sonra obektin hərraca çıxarılması haqqında qərar qəbul edilməli idi. Amma ƏMDK bunu etməmiş, obekti birbaşa olaraq hərraca çıxararaq satmışdır. Zirzəmi M.Mehdiyevə Sumqayıt Şəhər İcra Hakimiyyətinin 11 oktyabr 995-ci il tarixli sərəncamı ilə ayrılmış və 1995-ci ildən onun icarəsindədir. M.Mehdiyev o vaxtdan icarə haqqını vaxtlı-vaxtında ödəmişdir ki, bunu da Sumqayıt MKTB üçüncü şəxs kimi cəlb edildiyi məhkəmələrdə təsdiqləmişdir.
Məntiqlə ƏMDK kimi Sumqayıt ŞİH də dövləti təmsil edir. Hətta ola bilər ki, M.Mehdiyevin bundan sonrakı illərdə ödəyəcəyi icarə haqqı toplam kəmiyyətlə nə vaxtsa N.Hüseynovun satın almaq üçün ödədiyi pulu xeyli üstələsin. Görünür, ƏMDK mənsublarından kiməsə, kimlərəsə dövlət büdcəsinin zəngunləşməsi perspektivi deyil, zirzəmini məhz N.Hüseynova satmaq maraqlı görünüb.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır