Azərbaycan İdeyası

Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...

Tarix:9-10-2025, 11:22
Baxış Sayı:114



Sabahdan etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğa zaman-zaman şiddətlənəcək.

Xəbər veririk ki, ilk olaraq sabah - 10 oktyabr saat 21:00-dan orta səviyyəli qasırğa müşahidə edilməyə başlayacaq.

Orta şiddətli qasırğa 11 oktyabr saat 18:00-dan səngiyərək yerini kiçik geomaqnit pozuntularına verəcək. Bu isə 12 oktyabr saat 18:00-adək Yerə təsir göstərəcək. Ardınca isə zəif səviyyəli geomaqnit qasırğası müşayiət olunacaq.

Lakin bütünlükdə maqnit qasırğasının təsiri 12 oktyabr saat 18:00-da qüvvədən düşəcək.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?