Azərbaycan İdeyası

Eşşək ətindən dönər? – Ye, nuş olsun! (Reportaj)

Tarix:25-11-2015, 13:18
Baxış Sayı:681

Eşşək ətindən dönər? – Ye, nuş olsun! (Reportaj)



Yəqin ki, çoxlarınız dönər almaq istəyərkən tərəddüd edib, özünüzə sual edirsiniz: “Görəsən, alım, ya almayım. Bəs əti? Bəlkə, deyilənlər doğrudur. Bəlkə də yediyimiz dönərlər camış və eşşək ətindən hazırlanıb? Bəlkə…”.
Özümüzə o qədər sual edirik ki, sonda dönər almağa nə həvəsimiz, nə də iştahımız qalır.
Azərbaycanda toyuq dönərinin satışı qadağan olunsa da, paytaxtın dörd bir yanında toyuq ətindən hazırlanan dönər satılır. Dönərin ən çox satıldığı yerlər metro keçidlərinin ətrafı və ticarət mərkəzlərinin qarşısıdır. Toyuq dönərinin infeksiyaya daha çox meyilli olduğunu nəzərə alaraq dönərxanalara baş çəkdik. “Böyük Fırat” restoranlar şəbəkəsinin nümayəndəsi Mahmud Durmuş deyir ki, onların satdıqları dönərə söz ola bilməz: “Bizim İsmayıllıda heyvansaxlama yerlərimiz var. Heyvanları İsmayıllıdan gətirib, Keşlədəki məntəqələrimizdə İslam qaydalarına uyğun şəkildə kəsirik. Kəsilmiş ətlər böyük soyuducularda saxlanılır. Daha sonra soyuduculu maşınlarda şəbəkələrimizə paylanılır. Dondurulmuş ətlərdən qəti şəkildə istifadə olunmur”.
Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən dönərxanalardakı vəziyyətlə də maraqlandıq. “İstifadə etdyimiz toyuq ətini bazardan alırıq. Hər gün 8 kiloqram bud ətindən istifadə edirik. Çalışırıq təmizlik qaydalarına riayət edək. Deyirlər ki, guya biz dönəti eşşək ətindən hazırlayırıq”-deyə satıcı bildirib.
Digər dönər ustası istifadə etdiyi əti topdansatış məntəqəsindən aldığını deyir.
“Buzlu toyuqların kiloqramını 2 manatdan alırıq. Elə dönərxanalar olur ki, onlar dönərin ətini hazır alırlar. Amma biz elə etmirik. Dadlı olması üçün ətə xüsusi ədviyyatlar qatırıq. Qiymətimiz elə də baha deyil, dönəri 1 manat 50 qəpiyə satırıq”. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, dönər çox təhlükəli qida növüdür.
O hesab edir ki, 12-15 saat ərzində odda qalan ət topasının xarab olmaması mümkünsüzdür:
“Bizim üçün şadlıq evləri, böyük restoranlar o qədər problem törətmir, nəinki dönər satıcıları. Dönər bizim üçün bəlaya çevrilib. Toyuq əti mikroblara qarşı daha həssasdır. Bu da insan orqanizmində müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Dönərçilərin özləri başdan-ayağa infeksiya mənbəyidir”.
İmran Abdullayevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 AZN-ə qədər, vəzifəli şəxslər 100 -200 AZN-ə qədər, hüquqi şəxslər isə 200-400 AZN-ə qədər cərimə olunmalıdırlar.

OXŞAR XƏBƏRLƏR
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə