Azərbaycan İdeyası

Cəlilabadda toyuq cücənin ağzını “skoç”layıb oğurladılar

Tarix:19-10-2015, 14:13
Baxış Sayı:459

Korrupsiya və Qanun" qəzzetinin məlumatına istinadən Ölkə.Az-ın APA-ya istinadən məlumatına görə, naməlum şəxs və ya şəxslər xüsusi alətlərdən istifadə etməklə rayonun Göytəpə şəhər sakini Nəsir Quliyevə məxsus fərdi təsərrüfatdakı quş damına girərək, oradan xeyli sayda toyuq-cücə, ördək və hind toyuğu oğurlayıblar.
Oğrular ev quşları səs salmasın deyə, onların dimdiklərini yapışqan kağızlarla bağlayıblar.
Bankdan götürdüyü yüksək məbləğdə kreditlə fərdi təsərrüfatını inkişaf etdirmək fikrində olan Nəsir Quliyevin sözlərinə görə, ona məxsus 50 baş hind toyuğu, 30 baş qaz, 25 baş ördək və 30 başa yaxın toyuq oğurlanıb. Ümumilikdə isə təsərrüfat sahibinə 5 min manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb, oğurluq hadisəsini törədənlərin tapılıb istintaq orqanlarına təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı