Azərbaycan İdeyası

ETALON RƏHBƏR - ICRA MƏMURU

Tarix:19-11-2020, 11:23
Baxış Sayı:1 911

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasında, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında və məhkumların cəmiyyətə inteqrasiyasında Ədliyyə Nazirliyinin icra və probasiya qurumlarının müstəsna rolu vardır.
Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması ilə icra xidmətində də iş həcmi xeyli artıb. Eyni zamanda icra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi nəticəsində icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı azalıb. Bu müsbət tendensiyalar İmişli rayon İcra və Probasiya Şöbəsinin fəaliyyətində də aşkar hiss olunur. Şöbənin fəaliyyətinin yüksək qiymətləndirilməsində Şöbənin rəisi cənab Samir Osmanovun xidməti böyükdür.
Samir Rəşid oğlu Osmanov 1981-ci il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi həqiqi hərbi xidmət keçib. Əmək fəaliyyətinə 2009-cu ildə ədliyyə orqanlarında başlayıb. Hazırki vəzifəsinə təyin olunana qədər Yasamal Rayon İcra və Probasiya Şöbəsində, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində işləyib. Həmişə qüsursuz xidməti ilə seçilib, fəaliyyəti təqdir olunub, cəmiyyət arasında müsbət xarakterizə olunub.
Samir Osmanov İmişli Rayon İcra və Probasiya Şöbəsinə rəhbərlik etməyə başlayandan ötən müddətdə Məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası işinin səmərəliliyi artmışdır. İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi nəticəsində icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı azalıb.
İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən şəxslər inzibati məsuliyyətə cəlb edilib, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan şəxslər barəsində cinayət işi başlanılıb. Şöbənin işinin müasir tələblər səviyyəsində qurulması, ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması istiqamətində mühüm işlər həyata keçirilib. Eyni zamanda ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb, bu sahədə yerli icra hakimiyyəti orqanları ilə səmərəli işgüzar münasibətlər qurulub.
İcra məmurları öz vəzifə borclarına məsuliyyətli münasibət bəsləyir, icra intizamının pozulmasına, işlərin hərəkətsiz saxlanılmasına yol vermir, cəzanın çəkilməsindən boyun qaçıran şəxslərin vaxtında inzibati məsuliyyətə cəlb olunmasını təmin edirlər. İcra məmurları icra işi ilə bağlı tərəflər və ya onların qohumları (yaxınları) ilə xidmətdənkənar münasibətlər qurmur, aralarında münaqişə olan tərəflərin münasibətlərinin kəskinləşməsinə şərait yaratmır, zərurət olduqda, ayrı-ayrı icra hərəkətlərini həyata keçirərkən həmin şəxslərin bir-biri ilə təmasda olmamaları üçün tədbirlər görür, icra hərəkətlərini həyata keçirərkən iş üzrə tərəflərin, eləcə də cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin şərəf və ləyaqətini alçalda biləcək hərəkətlərə yol vermirlər. Baş İdarənn islah, cərimə və ictimai işlər növündə cəzaların icrasına diqqət artırılması, məhkumun cəzadan yayınmasının qarşısının alınması, onlarla aparılan islah və tərbiyə işinin keyfiyyətinin artırılması, probasiya nəzarətinin səmərəli təşkili ilə bağlı tapşırıqları ciddiliklə yerinə yetirilir.
İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsi ərazi yurisdiksiyasına daxil olan qurumların əməkdaşları üçün kimi hüquqi maarifləndirilməsi məqsədilə təşkil etdiyi tədris kurslarında iştirak edirlər.
Samir Osmanov bir an olsun belə unutmur ki, onun fəaliyyətinin əsas məqsədi insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına xidmət etməkdir. Heç vaxt insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməmiş və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmişdir. O, hər bir şəraitdə şərəf və ləyaqətini qorumuş, andına sadiq olmuş, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinmişdir. Ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmuşdur. Özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməmiş və bu cür təsir üçün şərait yaratmamışdır. Qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməmiş və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməmişdir.
Samir müəllim şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl edir, cəmiyyət üzvləri qarşısında üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun yerinə yetirir.
Çox hörmətli Samir Osmanova həyatda və xidməti fəaliyyətində uğurlar arzulayırıq.


“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb