Azərbaycan İdeyası

Azərbaycanlı ana və oğlu dünyada necə məşhurlaşdı? - VİDEOREPORTAJ

Tarix:7-08-2020, 17:32
Baxış Sayı:219


Onlar yaşadığı kənddən kənara çıxmadan Azərbaycan mətbəxini dünyaya tanıdırlar. Söhbət Qusarın Hil kəndində yaşayan Əzizə xala və oğlu Əmiraslandan gedir.
Baku TV-nin məlumatına görə, Qusarın Hil kəndinin sakinləri olan Rəmixanovlar ailəsinin hazırladığı ləziz təamlar bir neçə gün ərzində tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində böyük maraqla izlənilir. Ana və oğul kənddən bir neçə kilometr aralıda kiçik bir otaq tikərək hazırladıqları müxtəlif cür yeməkləri videoya çəkərək sosial şəbəkələrdə paylaşırlar. Bu paylaşımlar isə əksəriyyət tərəfindən maraqla qarşılanır. Hətta “Facebook”da 26 milyon izləyicisi olan və dünyaca məşhur “Taste Life” mətbəx səhifəsi onların hazırladığı Azərbaycan və ləzgi mətbəxinə aid olan yeməkləri paylaşıb və bu da milyonlarla insan tərəfindən izlənilərək bəyənilib.
Peşəsi aşpaz olan Əmiraslan deyir ki, karantin dövründə çalışdığı restoranda işlər dayandığından həm bacarığını, həm də Azərbaycan mətbəxini sosial şəbəkələrdə nümayiş etdirmək qərarına gəlib. Bu işi isə elə eyni peşəyə sahib olan anası Əzizə xala ilə birlikdə gerçəkləşdirib.
Əzizə xala deyir ki, onların hazırladığı yeməklər həm fərqli, həm də daha dadlı olur. Milyonlarla insan tərəfindən izlənilən və bəyənilən videoların çəkilişi, eləcə də, onların yerləşdirilməsini də Əmiraslan özü edir. Onlar həftədə iki video hazırlayıb sosial şəbəkədə yerləşdirirlər.


OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı