Azərbaycan İdeyası

Bunun bir adı var – vicdansızlıq və xəyanət: Pandemiya dövründə ləlöyünlük edən "dörd muşketyor"

Tarix:28-08-2020, 16:41
Baxış Sayı:479



Ölkənin 4 bir yanında Qlobal epidemiya ilə mübarizə dövründə Heydər Əliyev Fondu, ayrı-ayrı ictimai təşkilatlar, iş adamları, imkanlı vətəndaşlar tərəfindən qayğıya ehtiyacı olan şəxslərə xüsusi yardımlar edildi. Amma təəssüflər olsun ki, ehtiyacı olan insanlara göndərilən yardımların bəzi yerli icra hakimiyyəti başçıları və məmurlar tərəfindən mənimsənilməsi faktı ortaya çıxdı. Yerli icra məmurları mənfəət əldə etmək üçün yardımları ehtiyacı olan təbəqəyə yönəltmək əvəzinə sonradan satıb pula çevirmək üçün özlərinin və qohumlarının evlərinə yığmışlar.
Ucar rayonunun Qaradağlı Kənd icra nümayəndəsi Zeynalov Vüqar Ağamusa oğlu və onun işbaz ortaqları müavini Abdullayev Vahid Hacıbala oğlu, mühasibi Məmmədov Yusif Qadir oğlu və kənd bələdiyyəsinin sədri Mustafayev Nail Tanrıverdi oğlu Heydər Əliyev Fondunun kəndə göndərdiyi 118 bağlamanı öz qohum - əqrabalarına paylayırlar. Təyinatı üzrə kəndə göndərilən 118 bağlamanın kasıb ailələrə cüzi bir qismi paylansa da, əsas payı kəndin varlı ailələrinə və öz qohumlarına veriblər. Kənd camaatı səslərini duyurmaq üçün kəndin mərkəzinə toplaşıblar. Özlərini kəndin “Xudayar bəyi” hesab edən bu 4 muşketyor görəsən nə əsasla, hansı cəsarətlə Mehriban xanımın göndərdiyi bağlamanı kəndin imkanlı ailələrinə paylayıb və şəxsi malları kimi mənimsəyiblər?
Görəsən, dövlətin kəndə təyin etdiyi bu dörd məmurun hərəkətlərindən icra başçısının xəbəri varmı? Və əgər xəbəri varsa, onlar haqqında hansı tədbiri görüb? Əgər ki, kənd sakinlərinin haqlı narazılığı Ucar rayon Qaradağlı kəndindən 250 km məsafədə olan Bakı şəhərinə çatırsa, 15 km aralıqda olan Ucar İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova çatmırmı? Pandemiya ilə mübarizə zamanında dövlətin gəlirinin azaldığı vaxtda büdcədən göndərdiyi yardımların öz şəxsi malları kimi, qohumlarına və kəndin imkanlı ailələrinə paylamaq Mehriban xanımın xeyirxah təşəbbüsünə qarşı əsla bağışlanmaz bir xəyanətdir. Bu adamlar dövlət vəzifəsinə layiq deyillər və xalqın və dövlətin maraqları onları düşündürmür. Kasıb insanların ruzisinə göz dikən, onlara ayrılan yardımları mənimsəyən şəxslərlə bağlı daha sərt tədbirlər görülməli, cinayət məsuliyyətinə cəlb edilməli törətdikləri mənəvi cinayətə görə cavab verməlidirlər.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı