Azərbaycan İdeyası

ŞƏHID QURBAN NAMAZƏLIYEVIN DÖYÜŞÇÜ QOHUMUNUN SOSIAL MÜDAFIƏYƏ EHTIYACI VAR

Tarix:19-11-2020, 11:30
Baxış Sayı:166

Füzuli rayonunun Horadiz qəsəbə sakini Namazəliyev Vəli Əvəz oğlu 1972-ci il təvəllüdlüdür. 1990-1992-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Əsgərlikdə ikən 1991-ci il noyabrın 20-də Xocavəndi rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi helikopteri erməni silahlı quldurları tərəfindən vurulduğunu eşidəndə varlığına büsbütün qisas hissi hakim kəsilib. Axı helikopterdə həlak olanlardan biri – nazir müavini Qurban Namazəliyev onun yaxın qohumu idi.
Vəli Namazəliyev dözməyib, dərhal Qarabağ uğrunda savaşa qatılıb. 702 saylı hərbi hissənin tərkibində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü il yanvarın 26-da döyüş zonasında yaralanıb. Həmin gün çatırıldığı Saatlı rayon mərkəzi xəstəxanasında 11 mart 1994-cü il tarixədək müayinə və müalicə olunub. Yenidən cəbhəyə qayıdıb, erməni cəlladlarının qanını töküb. Xəstəxanada olanda ona “sağ bud çanaq oynağının dəlib keçən güllə yarası” diaqnozu qoyulub ki, bu da sonradan Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin 12.08.2016-cı il tarixli 960 nömrəli göndərişi, 10.08.2016-cı il tarixli 581 nömrəli arayışı, Saatlı rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş 11.03.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi – cərrahın rəyi ilə təsdiq edilib. MN MHHK-nın 11.10.2016-cı il tarixli 946 nömrəli protokolu və həmin tarixli 976 nömrəli qərarı ilə aldığı xəsarət “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma” hesab olunmuşdur.
Sınıq qol kimi cəmiyyətin boynundan asılmaq istəməyən Vəli Namazəliyev nə qədər ki, cavanlıq təravətin itirməmişdi, dövlətdən də yardım istəmirmiş Amma illər keçdikcə, yaş özünü göstərdikcə buna ehtiyac hiss edib. İndi hərbi pensiya almaq ümidi ilə əlaqədar qurumlara üz tutub.
Xatırladaq ki, hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.


KORRUPSİYA-Q.AZ

OXŞAR XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Prezident Mərakeş kralını təbrik edib
Prezident Mərakeş kralını təbrik edib
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı