Azərbaycan İdeyası

Adı işdə gedir, özünün xəbəri yox - Pandemiyanın üstünü açdığı qanunsuzluq

Tarix:27-10-2020, 11:52
Baxış Sayı:333

Salyan rayonunun Çuxanlı kəndində qeydiyyatda olan 1973-cü il təvəllüdlü Həsənova Gülbəniz Alim qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, 190 manat məbləğində birdəfəlik müavinət almaq isədiyi vaxt zəruriyyətdən doğan təsadüf nətcəsində aşkarlanmış cinayət barəsində məlumat vermişdir.
Bildirir ki, 20.11.2011-ci il tarixdə Pratman Gəncəli kənd tam orta məktəbində xadimə vəzifəsinə işə qəbul edlibmiş. 2014-cü ilin yayında məktəbə həmin vaxt direktorluq etmiş Vahid İbrahimov ona işdən çıxarıldığını elan edib. Gülbəniz xanım da o vaxtdan işə getməyib. Sonra Bakı şəhərinə köçüb, paytaxtda müxtəlif yerlərdə şirniyyat sexlərində çalışıb. Koronavirus infeksiyası ilə əlaqədar onun son iş yerində də fəaliyyət dayandırılıb. 190 manat həcmində birdəfəlik ödəniş almaq üçün onlayn qeydiyyatdan keçəndən sonra ona imtina cavabı gəlib ki, xadimə işləmiş olduğu məktəbdə adına hələ də 116 (bir yüz on altı) maaş yazıldığından, ona yardım düşmür. Bunu bilcək həm təəccüblənən, həm də məyus olan Gülbəniz Həsənova məktəbin sabiq direktoru Vahid müəllimə də, hazırki direktor Salman Xəlilova da zəng vuraraq məsələni danışıb və izah istəyib. Salman müəllimdən eşitdiyi onu lap məəttəl qoyub: “Mənlik deyil. Mən səni işə almamışam ki? Sən Vahid müəllimin işçisi olmusan. Məndən kömək gözləmə”.
G.Həsənova “Sizə görə mən 190 manat – birdəfəlik yardımdan məhrum olmuşam, bu haqsızlıqdır” – deyib aidiyyati qurumlara şikayət edəcəyini bldirəndə isə direktor da öz növbəsində əzələ nümayiş etdirib: Mənim heç kimdən qorxum yoxdur. Hara qədər istəyirsən, get!”
Şikayətçi redaksiyadan problemin ictimailəşdirilməsini, aidiyyati instansiyalardan cavab sorulmasını xahiş etmişdir.
İndi isə keçək aidiyyati instansiyaların G.Həsənovaya verdikləri, əlbəttə ki, onun özünü qane etməyən ziddiyyətli cavablara:
1. Salyan Rayon Təhsil Şöbəsinin müdiri X.Piriyev Salyan rayon Çuxanlı kənd sakini Həsənova Gülbəniz Alim qızına göndərdiyi 30 iyul 2020-ci il tarixli 150 nömrəli məktubunda yazır: “Salyan RTŞ Sizin 02.07.2020-ci il tarixli ərizənizdə göstərilənlərə cavab olaraq bildirir ki, Sizin məktəbə dalandar vəzifəsinə təyin olunmağınız barədə məktəbin əmr kitabında 20.10.2011-ci il tarixdə 146 nömrəli əmr var. Bundan əlavə 27.02.2015-c il tarixdə 05 nömrəli əmrlə işdən azad olunmağınız qeyd olunub. Müraciətiniz əsasında işdən azad olunduğunuz zaman Sizinlə elektron formada əmək müqaviləsinə xitam verilməməsi aşkarlanmışdır və işdən çıxma əmriniz göstərilməklə 12.05.2020-ci il tarixdə Sizinlə əmək müqaviləsinə elektron xitam verilmiş və xitam verilməsi ilə bağlı bildirişlə tanışsınız”.
2. Bundan daha əvvəlki – 22.07.2020-ci il tarixdə tərtib olunmuş 03 saylı məktubu ilə məktəb direktoru S.Xəlilov G.Həsənovaya əmək kitabçasının dublikatını qoşma edərək göndərmişdir. Kitabçanın əslinin nəyə görə “qeybə çəkildiyi” və özü ilə hansı sirləri apardığı bilinmir.
Şikayətçi təkcə pandemiya dövründə məhrum olduğu birdəfəlik aylıq ödənişləri almaqda deyil, həm də ona münasibətdə əmək qanunvericiliyinin tələblərini pozan vəzifəli şəxslərin əsas niyyətlərinin aşkarlanmasında maraqlıdır. Yəni, bu suala da cavab verilməlidir ki, 27.02.2015-ci ildən sonrakı tarixdə G.Həsənovanın adına maaş yazılıb mənimsənilibmi? Bəlkə oijinal əmək kitabçasından savayı özündə G.Həsənovanın saxtalaşdırılmış imzasını daşıyan maaş cədvəli də yoxa çıxıb? Məktəbdə ondan başqa işdən çıxarıldığını düşünən, amma adı işdə gedən daha kimlər var? Bu nüansları Əmək Müfəttişliyi, prokurorluq araşdırmalıdır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?