Azərbaycan İdeyası

SURAXANIDA OĞURLUQ BAŞ ALIB GEDIR – POLISIN NƏZARƏTSIZLIYI SƏBƏBINDƏN

Tarix:19-11-2020, 11:33
Baxış Sayı:162

Bakı şəhəri, Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, 5-ci Mədən, ev – 37 ünvanda yaşayan Əmirxanova Günay Qədirhüseyn qızı ərizə ilə redaksiyamıza müraciət edərək, yaşadığı ərazidə oğurluq hadisələrinin artdığını və yerli hüquq-mühafizə orqanlarının bu hallara qarşı mübarizə işındə acizlik göstərməsindən şikayətlənmişdir.
Vətəndaş Əmirxanova bildirir ki, 23 avqust 2020-ci il tarixdə onların evinbdən oğurluq edilib: “Səhər saat 4:00 radələrində qəfil yaşadıqları evin işığı keçib. Həyat yoldaşım həyətə çıxdı və aşkarladı ki, qonşuların deyil, təkcə biizm işıqlarımız sönüb. Sonra baxıb gördü ki, elektrik naqillərimiz açılıb yerə atılıb...”
Evg yiyələrinə əvvəlcə elə gəlib ki, sanki nədənsə qısa qapanma baş verib və qəzaya səbəb olub. Özləri naqilləri birləşdiriblər. Amma sonra məlum olub ki, hamamla ayaqyolunun arasında divardan asmış olduqları 400 (dörd yüz) manat dəyərində suqızdırıcı cihaz (pyatiminutka) yerində yoxdur. Dərhal başa düşüblər ki, oğrular işığı keçirib, cihazı da açıb aparıblar. Bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub hadisə barədə məlumat veriblər.
“İki saat sonra ev telefonumuza Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən zəng vurub hadisə yerinə baxış keçirmək məqsədilə evə gəlmək istədiklərini bildirdilər və ünvanı rahat tapmaları üçün mobil telefonumuzun nömrəsini öyrəndilər. Səhər saat 06:00 radələrində polis işçiləri qapıya gəldilər, çəkiliş apardılar. Gedəndə dedilər ki, polis bölməsinə gəlib izahat verərsən. Mən polis bölməsinə gedib izahat verdim. İzahatımı alndan sonra mənə bildiridlər ki, evə gedim, nə vaxt çağırsalar, gələrəm”.
G.Əmirxanova yazır ki, o vaxtdan polisdən heç bir xəbər-ətər yoxdur: “Evdə körpə uşaqlarım var. Ərim xəstədir, özüm kommunal xidmət sahəsində süpürgəçi işləyirəm. İsti suya ehtiyac olur, o cihazdan yenisini almağa imkanımız yoxdur”.
Şikayətçinin sözlərinə görə, ondan heç kimdən şübhələndiyini soruşan da olmayıb, oğrunun axtarışının nə yerdə olduğunu bilmir. O, haqlı olaraq “Mənim polisim məni niyə qorumur?” sualını ortaya qoyur və əraziyə nəzarət etməli olan polis sahə müvəkkilini səhlənkarlıqda suçlayır. Redaksiyadan xahiş etmişdir ki, məsələ KİV-də ictimailəşdirilsin.
Öz növbəmizdə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə zəng vurub vətəndaş Əmirxanovadan izahat almış polis nməmurundan sözügedın oğurluq hadisəsini törədən şəxsin axtarışının nə yerdə olduğunu soruşduq. Bizə qəribə cavab verdilər ki, “bu iş sizlik deyil”.
Məqalə hazırlanarkən, vətəndaş Əmirxanova redaksiyamıza zəng vuraraq bir neçə gün əvvəl yaşadıqları məhəllədə daha bir oğurluq hadisəsinin törədildiyini xəbər verdi. Bu isə artıq o deməkdir ki, sözügedən ərazidə oğurluq halları polisin öz vəzifəsinin öhdəsindən gələ bilməməsi ucbatından baş alıb gedir.

Movzuya qayıdacağıq

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Bəkir Orucovla bağlı QƏRAR
Bəkir Orucovla bağlı QƏRAR
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə - YENİLƏNİB
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə - YENİLƏNİB