Azərbaycan İdeyası

DƏLƏDUZ MAŞIN ALVERÇILƏRI NOTARIUSLARLA ƏLBIR OLUB ADAMLARI “ETIBARNAMƏ” TORUNA SALIRLAR

Tarix:19-11-2020, 11:28
Baxış Sayı:312

Mülki Məcəllənin 362-ci maddəsinə görə, bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq 3-cü şəxsə təqdimləyə bilər.
363.1-ci bəndinə əsasən, bu sənədin istənilən müddətə verilməsi mümkündür. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyənlər isə əhəmiyyətsizdir.
363.2-ci bəndində isə qeyd olunub ki, xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, o, həmin sənədi vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. 364-cü maddənin bəndlərində göstərilib ki, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə, yaxud etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Bundan başqa, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və ona səlahiyyətləri verdiyi şəxs haqqında lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətlərinə olduğu kimi məsuliyyət qoyur. Etibar edilmişi başqasına etibarnamə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.Yəni etibarnamə verən şəxs sizə öz əmlakını və ya hərəkətlərini etibar edir. Satmır !!! Etibar edir !!!
Bu xəbərdarlıqların dəfələrlə edilməsinə baxmayaraq, yenə də aldanaraq avtomobil alqı-satqısında “etibarnamə toruna” düşənlər olur. Burada əsas məqsəd əlbəttə ki, qeydiyyat üçün rüsum ödəməkdən yayınmaqdır. Etibarnamə ilə avtomobil alan şəxs birinci dəfə bu tələyə düşürə, onu hardasa, məsələn, məlumatsızlığına görə başa düşmək olar. Yəni, “başına gəlməyib, başmaqçı olmayıb”. Amma əgər avtomobili satan adam maşın alverçisidirsə, onun özünü bu sahədə qüvvədə olan qanunlardan xəbərsiz kimi təqdim edib bəraət istəməsinin yeri yoxdur. Hüquq-mühafizə orqanlarında belə alverçiləır barədə kifayət qədər şikayətlər toplanbır. Lakin çox vaxt həmin şikayətlər nəyəsə görə birləşdirilmir.
Redaksiyamıza Şirvan şəhəri, M.Qədirov küçəsi -3 ünvanda yaşayan Həsənov Şahin Sahibcan oğlunun ərizəsi daxil olmuşdur. Bildirir ki, 2017-ci ildə Bakı şəhər sakini Həsənov Oqtay Şahnəzər oğlundan etibarnamə ilə 4800 (dörd min səkkiz yüz) manata “Mersedes” markalı avtomobil “satın” alıb. İndi isə maşını satmaq qərarına gəlib. Amma niyyətini həyata keçirə bilməyib. Çünki avtomobilin üzərində külli miqdarda borc yükü olduğu üzə çıxıb.
Təsəvvür edin, Şahin Həsənov avtomobillə bağlı sənədlərini və rüsum ödəmək üçün lazım olan 35 manat pulu 2020-ci ilin iyun ayında Oqtaya həmyerlisi – Şirvan şəhər sakini, H.Əliyev küçəsi – 2A, mənzil – 24 ünvanda yaşayan Əliyev Coşqun Nazim oğlunun vasitəsilə çatdırıb. Daha təəccüblüsü burasıdır ki, Oqtay Həsənov notariat əməliyyatı həyata keçirərkən, yəqin ki notariusun təkidi ilə imza yerinə Şahinin əvəzinə Coşquna qol çəkdirib. Belə çıxır ki, notarius da şəxsiyyətini müəyyən etmədiyi adamın imzası ilə sənəd təsdiqləyib. Deməli, bu məsələ mütləq cinayət təqibi orqanları tərəfindən araşdırılmalıdır.

Mövzuya qayıdacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO