Azərbaycan İdeyası

Vətən müharibəsinin qəhrəman generalı Kənan Seyidov kimdir

Tarix:18-12-2020, 11:06
Baxış Sayı:200

Dekabr ayının 9-da Azərbaycan Respublikasının Prezidentinin dekabr ayının 9-da imzaladığı sərəncam ilə “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülən hərbi qulluqçularımnızdan biri də Kənan Əlihüseyn oğlu Seyidovdur.
Quru Qoşunlarının fəaliyyəti ilə seçilən zabitlərindən olan Kənan Seyidov 2003-cü ildə, kapitan qismində “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif olunub. O, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülub.
2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, “İgidliyə görə” medalı alıb.
2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Kənan Seyidov əslən İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəndir.
Bəhrəmtəpə — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbədir.
29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə İmişli rayonunun 1 May qəsəbəsinin adı dəyişdirilərək Bəhrəmtəpə qəsəbəsi adlandırılmışdır.
Qəsəbə Araz çayı sahilində, Mil düzündədir. Keçmiş adı Ağaxanlı, Nərimanabad (1931-ci ildən), Bəhramtəpə, Bir May (1960-cı ildən) olmuşdur. 1992-ci ildən yenidən Bəhramtəpə adlandırılmışdır. Adını ərazidəki yüksəklikdən almışdır.
Ərazisindən qum,çınqıl kimi faydalı qazıntılar çıxır. Qəsəbədəki su anbarından bir sıra kanallar başlanğıc götürür.
Təbbi ehtiyatlarla zəngin Bəhrəmtəpə qəsəbəsi son illər burada həyata keçirilən infrastruktur layihələri hesabına bölgənin inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevrilib. Amma qəsəbənin ən əsas sərvəti əlbəttə ki, onun vətəndaşları, görkəmli şəxsiyyətləridir. Onların siyahısında ən başda isə əlbəttə ki, Vətən uğrunda canından keçən şəhidlər dayanır.
I Qarabağa savaşında Bəhrəmtəpədən olan xeyli igid şəhidlik zirvəsinə yüksəlib. Onların siyahısını təqdim edirik:

— Cəfərov Qarakişi Məhəmməd oğlu

1963-cü il yanvarın 22 –də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1970- 1980-ci illərdə qəsəbə orta məktəbində təhsil alıb. 1982-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olmuşdur. Q. M. Cəfərovun cəbhə yolları geniş bir ərazini əhatə etmişdir. 1994-cü ilin aprelin 15-i günü Bəhrəmtəpə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.

— Əsədov Kamil Əsəd oğlu

1971-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1978-1988- ci illərdə qəsəbə orta məktəbində təhsil alıb. 1989-1991-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1992-ci ilin dekabr döyüşləri Kamil Əsədovun son döyüşü olmuşdur.

— Əhmədov Elşən Cəbrayıl oğlu

1976-cı ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. 1994-cü ilin may ayında hərbi xidmətə yola düşən Elşən Əhmədov torpaqlarımızın bölünməzliyi uğrunda gedən döyüşlərdə 18 yaşında şəhid oldu. Olduqca qısa, lakin mənalı həyat yolu keçən Elşən Əhmədov Bəhrəmtəpə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.


— Hüseynov Şaiq Məhyəddin oğlu

1970-ci il aprelin 17-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1977- 1985-ci illərdə Bəhrəmtəpə qəsəbə orta məktəbində təhsil alıb. A.S. Makarenko adına rus dili təmayüllü məktəbi isə 1987-ci ildə bitirmişdir. 30 yanvar 1993-cü ildə yenidən hərbi xidmətə - milli ordumuzun çağırışına getmişdir. Füzuli rayonu ərazisində Veysəlli, Qacar, Divanallar kəndləri uğrunda gedən döyüşlərin qabaqda gedən cəsur hərbiçilərindən biri olmuşdur. 1993-cü il iyulun 25-də Qaraməmmədli uğrunda gedən döyüş Şaiq Hüseynovun son döyüşü olmuşdur.

— Həsənov Dayandur Qardaş oğlu

1974-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. 1980- 1990-ci illərdə Bəhrəmtəpə qəsəbə orta məktəbində təhsil alıb. 1991-ci ilin noyabrında hərbi xidmətini Moldovada başa vuran D. Həsənov Azərbaycana qayıdır. 1992-ci ilin avqust ayında cəbhəyə yollanır, bir ay keçməmiş sentyabrın 23-də Füzuli rayonunun Divanallar kəndi uğrunda gedən döyüşlərin cəsur əsgəri Dayandur Həsənov qəlpədən yaralanır, xəstəxanada müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdır. 1994-cü il aprelin 30-da şəhid olmuşdur.


— Qarayev Mehman Dilavər oğlu

1974-cü il yanvarın 21-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Orta məktəbi qurtardıqdan sonra 1992-ci ildə hərbi xidmətə yollanıb. Şahbulaq, Qiyaslı, Üçoğlan və düşmən məngənəsində olan digər ərazilərimizin müdafiəsində cəsurluq göstərir. Döyüşlərin birində baş nahiyəsindən yaralanan Mehman Qarayev təcili olaraq Bakı şəhərindəki bir saylı hərbi hospitala götürülür, lakin onu ölümün əlindən almaq mümkün olmur. 1993-cü ilin dekabr ayının 23-də torpaqlarımızın bütövlüyü uğrunda Mehman Qarayev şəhid olaraq əbədiyyətə qovuşur.

— Kərimov Rövşən Balay oğlu

1974-cü il fevralın 27-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1982- 1992-ci illərdə Bəhrəmtəpə qəsəbə orta məktəbində təhsil alıb. 1992-ci il dekabrın 5-də həqiqi hərbi xidmətə çağırılır. Qazax rayonunun Xanlıqlar kəndindən başlayan döyüş yolu Kəlbəcərdə Murovdağ yüksəkliyinin zirvəsinə qədər davam etdi. Sonra isə Goranboy istiqamətindəki döyüşlərdə iştirak edir. 1994-cü il aprelin 14-də Rövşən Kərimov Füzuli rayonu uğrunda döyüşlərdə şəhid olmuşdur.


— Əliyev Camal Xasəməddin oğlu

1971-ci il mart ayının 17-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Bəhrəmtəpə qəsəbə orta məktəbində təhsil aldıqdan sonra 123 saylı texniki peşə məktəbinin traktorçuluq kursunu bitirmişdir. Sovet ordusunda hərbi qulluqda olarkən Azərbaycanda baş verən hadisələri eşidir və hərbi xidməti yarımçıq qoyub Vətənə qayıdır. Qubadlı döyüş bölgəsinə göndərilən Camal Əliyev Güləbird, Səfiyan, Suarası kəndlərinin müdafiəsində iştirak edərək şəhidlik zirvəsini fəth etdi. Camal Əliyev 1992-ci ilin iyulun 28-də Bəhrəmtəpə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.

***

II Qarabağ savaşı Bəhrəmtəpə şəhidlərinin şərəfli siyahısını artırdı. Vətən müharibəsi şəhidləri Həsənov Elgün Əli oğlu və Şirinov Orxan Elxan oğlu sinif yoldaşıdırlar, hər ikisi ailənin tək oğlu idi. Torpaqlarımızın düşmən işğalıbndan azad olunması uğrunda canından keçmiş daha iki gənc Bəhrəmtəpə igidləri Kamranlı Xalid Kazım oğlu və Abdullayev Həmdulla Aslan oğludur.

6.

“Demişəm başımdan dəyməsin...”

Vətən müharibəsinin Bəhrəmtəpə doğumlu şəhidləri arasında yüksək rütbəli zabit də vardır. Hüseynov Nazim Yaqub oğlu 01.10.1977-ci ildə İmişli rayonunun Bəhrəmtəpə kəndində anadan olmuşdur. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi, kəşfiyyat rəisi idi. 20-dən çox dığanı əsir gətiribmiş. Düşmənin bir neçə yüksək rütbəli zabitini məhv edib.
Həyat yoldaşı ilə vatsapa danışıqları var. Ömür-gün yoldaşı nə cavab alacağını bilsə də, axırıncı dəfə ondan soruşur: “Bəlkə getməyəsən?” Cavab da elə gözlədiyi kimi olur: “Təki salamatçılıq olsun. Demişəm başımdan dəyməsin, hardan dəyir dəysin, fərq eləmir. Tökülənə kimi qanım, axıb qurtarana kimi də olsa, yerimək imkanım var, atmaq imkanım var gedəcəm. Çünki söz vermişəm. Axıra kimi də gedəcəm. Qarabağ məsələsini yekunlaşdırmaq lazımdır...”
Azyaşlı oğlu deyir: “Mən fəxr edirəm ki, atam şəhid olub. Şəhidlər Allahın sevimli bəndələridir. İşə gedib-gələndən sonra vaxtının çoxunu mənimlə keçiridi, mənimlə oynayırdı. Atamın arzusunu yerinə yetirməyə, mən də böyüyəndə hərbçi olmağa çalışacağam...”
Şəhidin haqqında internetdə yerləşdirilmiş materaillarda çoxsaylı şərhlər yazan izləyicilər ruhuna Allahdan rəhmət diləmişlər. Komandiri olduğu əsgərlər və onların valideynləri mayor Nazim Hüseynovun haqqında olduqca yüksək fikirlər söyləmiş, gözəl insani keyfiyyətlərini və peşəkarlığını vurğulamışlar.

Allah rəhmət eləsin.

Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq