Azərbaycan İdeyası

Gecəgözlünün qəhrəman oğulları

Tarix:24-12-2020, 10:11
Baxış Sayı:238

Gecəgözlü - Füzuli rayonunun Aybasanlı inzibati ərazi vahidində kənddir. Füzuli şəhərinin mərkəzindən 6 km cənub-şərqdə, dağətəyi düzənlikdə yerləşir.
Gecəgözlü obası Cavanşir elinin Yağlavənd oymağı, Seyidəhmədli və Mahmudlu obaları ilə bağlı olub. 17-ci əsrə aid olan Osmanlı qaynağında Gecəgözlü oymağının İrəvan ərazisində, Keşəgündə yaylamaları və Arasbara tabe olan Xan arxında qışlamaları haqqında məlumat verilmişdir. Həmin mənbə bildirir ki, gecəgözlülər Dızaq nahiyəsində, Köndələn çayından ayrılan Çərəkən arxının kənarında əkinçiliklə məşğul olmuşlar.
Gecəgözlü kəndində - "Səlifli", "Şərifbəyli", "Hacıbəyli", "Qulubəyli", "Ağamirzəbəyli", "Mirzəqasımlı", "Carçıalılar", "Gecəgözlü", "Mehdixanlı" tayfaları və "Salehlilər", "Arslanəlilər", "Tanrıqulular" və s. nəsilləri də yaşamışdır.
Gecəgözlü sözünün etimologiyasına müxtəlif prizmadan yanaşan tədqiqatçılar vardır. Onlardan bir qrupu "gecəgözlü" toponimini " qaranlıqda yaxşı görən" (qara gözlü) kimi mənalandırır.
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Gecəgözlü kəndinin qəhrəman, igid övladları həm birinci, həm də ikinci Qarabağ savaşında fədakarcasına iştirak etmiş, döyüş meydanlarında şücaət göstərmişlər. Onların sırasından xeylisi şəhid və qazi olmuşdur.

İlk növbədə Gecəgözlünün I Qarabağ müharibəsində şəhid olmuş övladlarının siyahısını təqdim edirik:

1. Zeynalov Elman Umud oğlu

2. Əliyev Səyavuş Front oğlu

3. Əliyev Nəsir Yünsür oğlu

4. Həziyev Natiq Rəşid oğlu

5. İbrahimov Aydın Rəşid oğlu (itkin)

6. İsmayılov Eltəkin Pənah oğlu

7. Nəcəfov Alim Sulduz oğlu

Gecəgözlünün II Qarabağ – Vətən Müharibəsi qəhrəmanları:

ŞƏHİD: 1. baş leytenant Məcidzadə Teymur Tehran oğlu

Qazilər:

2. Atakişiyev Yusif Fariz oğlu

3. Həsənli Cəsarət Elçin oğlu

4. Quliyev Ağaəli Bahadur oğlu

Müharibədə rəşadətlə iştirak edənlər:

5. Polkovnik leytenant Kərimov Vəfa Mehman oğlu

6. Polkovnik leytenant Şirinov Rauf Nəriman oğlu

7. Qəhrəmanov Qəhrəman Nurəddin oğlu

8. Orucov Cahangir Arif oğlu

9. Orucov Ömər Arif oğlu

10. Sərxanov Cəlal Qadir oğlu

11. Süleymanlı Rəsul Qəhrəman oğlu

12. Hüseynov Tofiq Tanrıverdi oğlu

13. Gülmalıyev Ziya Ziyat oğlu

14. Mahmudzadə Tural Nazim oğlu

15. Məhərov Aydın Ələnfər oğlu

16. Hətəmli Pərviz Sahib oğlu

17. Həmzəli Əsgərxan Vasif oğlu

18. Zeynalov Əli Natiq oğlu

19. Şamıyev Azad Habil oğlu

20. Yusifli Kamran Eldar oğlu

21. Əlizadə Qardaşəli Tehran oğlu

22. Orucov Vüqar Yadigar oğlu

23. Əlikişiyev Bəhruz Rafael oğlu

24.Əliyev Elşad Səməndər oğlu

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, sağa qalan igidlərimizə can sağlığı versin.


Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
Dünya bazarında neft UCUZLAŞDI
Dünya bazarında neft UCUZLAŞDI