Azərbaycan İdeyası

Şəhid bacısı şəhid anasından “müsahibə aldı”

Tarix:18-12-2020, 11:08
Baxış Sayı:324

Ürəyi xallı, başları dik, alınları uca şəhid valideynləri, qardaş-bacıları, oğul-qızları “Vətən sağ olsun!” deməklə özləri də bir dastana dönürlər desək, yanılmarıq. Analar, atalar bir oğul itirməklə, əvəzində min oğul qazanırlar deyənlər də haqlıdırlar. Şəhid ailələrinə nəhayətsiz sayğı ilə yanaşan xalqımız, şəhid ailələrini qayğı ilə əhatələyən dövlətimiz bu qəbildən olan insanlara həmişə həssas münasibət göstərirlər. Şəhid ailələrinin problem və qayğıları Azərbaycanda kütləvi informasiya vasitələrinin də daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan şəxslərə münasibətdə istisna hallarda rast gəlinən hər hansı xoşagəlməz olay bir qayda olaraq cəmiyyətdə və onun güzgüsü sayılan mətbuatda ciddi təpki ilə qarşılanır, onlara hörmət göstərənlər isə alqışlanır. “Korrupsiya və Qanun” qəzeti də hər zaman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi təşəbbüslərinə dəstək vermiş, şəhid ailələri üzvləri ilə bağlı dövlətimizin siyasətinə gərəkən informasiya dəstəyi vermişdir.
Ənənəmizə sadiq qalaraq, bu sətirlərin müəllifi olan mən - “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Əhlimanqızı və qəzetimizin əməkdaşı Səhər Manafova bu günlərdə Füzuli rayonunun Gecəgözlü kəndinin Vətən müharibəsində şəhid olmuş övladı baş leytenant Teymur Məcidzadənin ailəsini ziyarət etdik.
1992-ci il təvəllüdlü Məcidzadə Teymur Tehran oğlu orta məktəbi bitirdiyi 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya iqtisadiyyatı” fakültəsinə daxil olub və ali təhsilini müvəffəqiyyətlə başa vurub. Hərbi xidmətdə olduğu dövrdə həyatının əsas qayəsinin bu amal olacağını bəlkə də bilmirdi. Dostları, qohumları, yaşıdları tərəfindən sevilirdi Teymur. Ömrünün 28-ci payızında, 2020-ci ilin noyabr ayının 9-da Xocavənd – Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. III Fəxri Xiyabanda dəfn olunub.
Hörmətli oxucularımız sözsüz ki, məqalənin başlığında “müsahibə aldı” sözünün dırnaq işarəsi altında təqdim olunduğunu nəzərdən qaçırmadılar. Şəkksiz, sinəsi dolu olan şəhid anası öz oğlu barədə nəhayətsiz danışa bilərdi, hər sualımızı bir dünya cavablandıra bilərdi. Amma ziyarətimizi təsirləndirən bir məqam müsahibənin alınmasına mane oldu. Məsələ burasındadır ki, Yasəmən xanımdan müsahibə almaq vəzifəsini öhdəsinə götürən əməkdaşımız Səhər Manafova 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə 20 yaşında ikən şəhid olmuş Şıxəli Manafovun bacısıdır. Yasəmən xanımın Teymur haqda elə ilk kəlmələri danışarkən rəhmətliyə sağlığında “Qaqaş” (“Qardaş” sözünün sinonimi) deyə çağırdıqları bəlli olan kimi Səhər xanımın da mərhum qardaşına eynilə müraciət etdikləri yadına düşdü, gözündən yaş sel kimi töküldü. Müsahib və müsahibə götürən ağlaya-ağlaya ürəklərini boşaltdılar, ağlaya-ağlaya bir-birlərinə təsəlli də verdilər. Bəlkə də ağlaya-ağlaya bir-birlərinə sual verib cavab da aldılar – mən eşitmədim. Ona görə də bu “lal müsahibəyə” müdaxilə etməyə, Səhərin əvəzinə Yasəmən xanıma sual verməyə cəsarətim çatmadı. Çünki... çünki özüm də onlara qoşulub ağlayırdım. Elə ona görə də hər şeyi olduğu kimi qələmə aldım.
Bu dəfəki şəhid analarının ən böyük təsəllisi nə başsağlığı verməyə gələnlərin dedikləri sözlər, nə onlara qoşulub ağlayanların çoxluğu deyil, məhz müharibədə qazanılan Böyük Qələbə, torpaqlarımızın işğaldan azad edilməsidir. Bəli, II Qarabağ savaşının Teymur Məcidzadə kimi şəhidləri həm özlərinin, həm də I Qarabağa müharibəsində şəhid olan Şıxəli Manafov kimi böyük qardaşlarının, atalarının, əmilərinin, dayılarının qanını yerdə qoymadılar, qisaslarını aldılar.
Bu məqaləni, oçerki, “müsahibəni” şəhidin anası Yasəmən xanımın tələbə yoldaşı, dəyərli ziyalımız Həyat Şaminin Teymur Məcidzadəyə ithaf etdiyi “Şəhidim” şeiri ilə yekunlaşdırıram:

Elə getmisən ki,

Savaşın qaynar yerindən,

yerini göz yaşı da soyuda bilmir.

Elə getmisən ki,

olmayan kimi...

Dağların başından - qayadan,

Torpağa qayıdan kimi.

Elə getmisən ki, bir kəndin ürəyindən -

ürəyə dönüb şəklin,

hər gözdə döyünür...

Gözlərin nur topu,

nə tez açıldı cənnəti-məkanda qapın?

Elə getmisən ki,

Ananın canından can ayrılıb,

"Vətənim sənsən" deyirdi,

Sən adlı bir Azərbaycan ayrılıb...

Elə getmisən ki, susur mələklər də...

Səni gözlədi səkkiz aylıq ikən

bələkdə çıxdığın kənd...

gəlişini gözlədi ,

28 yaşını...

Elə getmisən ki, o kəndin qucağından,

İndi adın yazılan mərmilərin

səsi çıxır hər atəş ocağından.

Sən gedəli quruyub çaylar,

Çərəkən yox olub,

bulaqlar kor,

yıxılıb ağaclar,

yıxılıb evlər qalaq-qalaq...

Bircə quşlar susmayıb,

Susmayıb Azadlıq...

Elə getmisən ki,

Çağırıb səni Qeyb.

Bu gediş dəyişib adını

Şəhid qoyub, Şəhid!

Elə uçmusan ki,

Şuşanın başından qəflətən,

cibində ayaqların...

Qəlbində qəlpə,

üzündə doğma bir nur,

- Başın sağ olsun, Vətən! - dedik...

Elə getmisən ki,

adın qalıb,

gələcək körpələrə verdik:Teymur..








Quliyeva Xuraman

OXŞAR XƏBƏRLƏR
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan Azer Aga oglu Agayev terefinden 00994775003111 Ərizə
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan  Azer Aga oglu Agayev terefinden 00994775003111   Ərizə
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...