Azərbaycan İdeyası

"Şəhid ailələrinə birdəfəlik ödənişlər uzun zamandan bəri gedən müzakirələrə son qoyacaq”

Tarix:9-10-2018, 15:01
Baxış Sayı:282

  "Şəhid ailələrinə birdəfəlik ödənişlər uzun zamandan bəri gedən müzakirələrə son qoyacaq”

“Bu gün ölkə prezidentinin şəhid ailələrinə birdəfəlik ödənişlərin edilməsi üçün vəsait ayırması mənə elə gəlir ki, həmin problemin həllində ciddi rol oynayacaq və beləliklə, uzun zamandan bəri gedən müzakirələrə də son qoyacaq”
Bunu Moderator.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. F.Ağamalı bildirib ki, şəhid ailələri hər zaman ölkə başçısının diqqətində olub:
“Şəhid ailələri hər cür diqqətə və qayğıya layiqdirlər. Eyni zamanda onların ailələri də dövlətin bu günki imkanlarından təbii ki, faydalanmalıdırlar. Bu birmənalı şəkildə qəbul edilməldir. Məhz bu məntiqə söykənən ölkə başçısı şəhid ailələrinə, birinci Qarabağ savaşında döyüşüb əlil olanlara, eyni zamanda Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərə və onların ailələrinə hər zaman diqqət və qayğı göstərmişdir.
Bildiyimiz kimi bir müddət əvvəl şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi müzakirə olunurdu. Əlbəttə, bu məsələ öz aktuallığını hər zaman saxlayırdı və ölkə başçısı dövlətimizin vermiş olduğu imkanlar çərçivəsində hər zaman şəhid ailələrinə diqqət və qayğısını artırmışdır. Bununla bağlı ölkə başçısının kifayət qədər sərəncamları da var. Bu gün ölkə prezidentinin şəhid ailələrinə birdəfəlik ödənişlərin edilməsi üçün vəsait ayırması mənə elə gəlir ki, həmin problemin həllində ciddi rol oynayacaq və beləliklə, uzun zamandan bəri gedən müzakirələrə də son qoyacaqdır. Bu bir daha dövlətimizin və dövlət başçımızın Azərbaycanın bütövlüyü uğrunda döyüşüb şəhid olan soydaşlarımıza diqqət və qayğısının bariz nümunəsidir. Bundan sonra da torpaqlarımızın azadlığı uğrunda şəhid alan hərbçilərimizin ailəsi əmin olacaq ki, vətən uğrunda şəhid olan döyüşçülər və onların ailələri dövlət qayğısı ilə əhatə olunur və bu çox ciddi amildir”.
Qeyd edək ki, ölkə başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkik düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək. Bunun üçün dövlət büdcəsindən 58 milyon manat vəsait ayrılıb.

Vasif Əlihüseyn

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur