Azərbaycan İdeyası

FƏDAKAR ŞƏHİDİMİZ ELYAZ QARAYEV

Tarix:4-02-2021, 11:10
Baxış Sayı:164

Vurulsan həmişə irəli yıxıl,
Xilas et torpağı öz boyun qədər.

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir, nə də günəşlər kimi parlayıb, sönməkdir. Bunun üçün ölümə bir atılış gərəkdir. Atıldıqdan sonra da bir daha dönməməkdir...
Vətənin dar günündə canından, qanından keçən oğullarımızdan biri də Bərdə rayon Dəymədağlı kənd sakini, ailənin tək oğlu Elyaz Qarayevdir. Atasını hələ lap erkən itirən Elyaz anası və bacısı ilə tək qalıb. Anasının ümidi olub, arxası, dayağı olub. Lakin evin yeganə oğul övladı olmasına rəğmən Vətəni uğrunda canını fəda etməyə hazır olub. Elyaz 30 gün Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində igidliklə vuruşub. Şuşa istiqamətində gedən döyüşlərdə qəlpə yarası alıb. Öz döyüş yoldaşlarının qucağında anasından nigaran olduğunu deyib və bu onun son sözləri olub. Şəhidlik zirvəsinə ucalıb.
İndi bu zirvədən baxanda nəinki doğulub boya-başa çatdığı Dəymədağlı kəndi, bütün Azərbaycan görünür, bütün türk dünyası görünür.
Ərənlərimiz yaxşı deyib: “Sonunu düşünən qəhrəman ola bilməz”. Fikirləşmədən döyüşə atılan Elyazla indi bütün Azərbaycan fəxr edir. Şəhidlər vurulanda yox, unudulanda ölürlər. Qürurumuzu dirçəldən, Vətənimizi birləşdirən, sevinc hissimizi bizə qaytaran və alnımızın ləkəsini öz qanları bahasına silən Elyaz kimi Qəhrəman Şəhidlərimizə baş əyirik. Unutmayaq - Elyazları, Mübarizləri, Xudayarları, Poladları, Əlzaminləri və neçə-neçə bu torpağa qanı tökülüb, torpağı torpaq edən, Vətən edən Vətən övladları.
Sizin müqəddəs, ölməz ruhunuz qarşısında baş əyirik.

OĞLUM

(Bərdənin Dəymədağlı kəndindən olan şəhid Elyazın əziz xatirəsinə)

Vətən deyib sən cəbhəyə yollandın,
İgidlik göstərdin zəfərlər çaldın.
Kəlbəcər, Laçını düşməndən aldın,
Səninlə fəxr edib, öyündüm oğlum.

Ana Vətən deyib hücuma keçdin,
Yüzlərlə erməni başını əzdin.
Şücaət göstərdin irəli getdin,
Səninlə fəxr edib, öyündüm oğlum.

Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam,
Qələbə əzmilə vuruşdun yaman.
Bilirdim sağ idi Elyaz balam,
Başımı dik tutub gəzirdim oğlum.

Sanki birdən döndü fələyin üzü,
Qapımda əsdirdi xəzan küləyin.
Artıq bildim yoxdur arxam köməyim,
Həyatda ümidim sən idin oğlum.

Şəhidlik adını Şuşada aldın,
Dostların qolunda canını verdin.
Ölüm ayağında ananı andın,
Sən məni onlara tapşırdın oğlum.

Gözümdə həyatım birdən dəyişdi,
Ürəyim, ciyərim köksümdə şişdi.
Sənin şəhidliyin qəlbimi deşdi,
Bu fani dünyada tək qaldım oğlum.

Arzu diləklərim gözümdə qaldı,
Niyə fələk məni bu dərdə saldı.
Bir təkcə balamı əlimdən aldı,
Məni bu həyatda tək qoydun oğlum.

Səninlə fəxr edib qürur duyurdum,
Sənə toy etməyə hazırlaşırdım.
Gecə də, gündüz də hey çalışırdım,
Necə qıydı sənə fələyin oğlum.

İndi Orxan verir mənə təsəlli,
Dərdimin çoxluğu ona da bəlli.
Bilirəm müşküldür ölümün həlli,
İndi ona qalıb ümidim oğlum.

Artıq yaşamağa həvəsim yoxdur,
Vəli çoxdan ölüb yanımda yoxdur.
Mənə arxa duran dayağım yoxdur,
İndi Orxan çəkir qayğımı oğlum.

Neyləyim taleyim belə gətirdi,
Sənin şəhidliyin belimi əydi.
Ölüm şərbətini sənə içirtdi,
Artıq bu həyatda tək qaldım oğlum.

Təsəlli yerimdi indi məzarlıq,
Dünya da gözümdə olub qaranlıq.
Sənsiz evim edir bir mənə darlıq,
Qəbrindən alıram iyini oğlum.

Seyid Nazim yazdı mənim dərdimi,
Yəqin Orxan qazar mənim qəbrimi.
Həyatdan çəkmişəm artıq əlimi,
Az qalıb yanına gələrəm oğlum.

Qələmə aldı: “Korrupsiya və Qanun” qəzetinin müxbiri Nazim Bərdəli

09.01.2021-ci il

FƏDAKAR  ŞƏHİDİMİZ  ELYAZ  QARAYEV
FƏDAKAR  ŞƏHİDİMİZ  ELYAZ  QARAYEV [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır