Azərbaycan İdeyası

AYAQQABI ALVERÇISI BAŞ HƏKIM OLANDA...

Tarix:4-02-2021, 11:11
Baxış Sayı:826

İmişli rayonunun Qaralar kənd sakini Xudiyev Tarverdi Əhməd oğlu ölkə Prezidentinə, Birinci Vitse-Prezidentə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Baş Prokurora, Ombudsmana, Dövlət Əmək Müfəttişliyinə yazdığı şikayət ərizəsinin bir surətini də “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına ünvanlayaraq, qarşılaşdığı bürokratik problemin ictimailəşdirilməsini xahiş etmişdir.
Ərizənin giriş hissəsində adresatları Vətən müharibəsində əldə olunmuş qələbə münasibətilə təbrik edən müəllif dövlətimizin korrupsiyaya qarşı mübarizə müstəvisində də əhəmiyyətli addımlar atdığını qeyd etmişdir.
Şikayətçi İmişli rayonunun baş həkimi Eynulla Qasımovun onun kimi savadsız vətəndaşların hüquqlarını pozduğunu, öz şəxsi mənafeyi üçün işlədiyini bildirir: “Mən ürək xəstəsiyəm, eyni zamanda şəkər xəstəsiyəm. Ürəyimdən Bakı şəhərində əməliyyat olunmuşam. Həkimlərin mənə təyin etdikləri diaqnoz kəskin ürək çatışmazlığıdır. Mənim sənədlərim əlillik dərəcəsi alınması üçün İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımova təqdim edilib ki, rəy yazılsın, Tibbi-Sosial Ekspert Komissiyasına göndərilsin. Eynulla Qasımovun isə yalnız başı ciblərini doldurmağa qarışıb. Sənədlərin göndərilməsini tələb etdikdə, bəhanə gətirərək bildirir ki, təqdim olunan sənədlərin vaxtı bitib. Hazırda özüm Bakı şəhərində özəl xəstəxanalardan birində müalicə olunuram. Vaxtilə Bakı şəhəri Binə bazarında ayaqqabı satan Eynulla həkim bu gün də rayon mərkəzi xəstəxanasında öz alverindən geri qalmır. Başı elə qarışıb ki, xəstələrin sənədləri yadına düşmür, indi də deyir vaxtı bitib...”
T.Xudiyev İmişli rayon səhiyyə sistemində baş alıb gedən digər qanunsuzluqlardan da bəhs edib: “...İmişli rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra Eynulla Qasımova təhvil verilmişdir. Hal-hazırda xəstəxananın şəraiti bərbad gündədir. Tibbi otaqlarda istilik sistemi işləmir, televizor yoxdur, çarpayı çatışmazlığı var, dolablar yoxdur, sanitar qovşaqları bərbad gündədir. Bir sözlə, İmişli rayon Mərkəzi Xəstəxanasının əsas vəsaitləri tam şəkildə dağıdılıb. Dövlət tərəfindən ayrılmış vəsaitlər mənimsənilib, şəxsi məqsədlər üçün istifadə edilib. Onu da qeyd edim ki, Eynulla Qasımovun tabeçiliyində olan rayonun kəndlərində yerləşən xəstəxana və tibb müəssisələri bərbad vəziyyətdədir. Əksəriyyəti bağlıdır. Sual olunur: Dövlətin bu günə qədər ayırdığı vəsaitlər hara xərclənib? Bu tibb müəssisələrinə ayrılan əmək haqlarını kim alır? Bir sözlə, İmişli rayon Mərkəzi Xəstəxanasının, eləcə də tabeçiliyində olan tibb müəssisələrinin ştat cədvəllərini yoxlamaq lazımdır ki, bu qədər tibbi personal və texniki işçi heyəti hardadır. Dövlət tərəfindən ayrılmış dərmanlar heç bir vətəndaşa verilmir. İmişli rayon Mərkəzi Xəstəxanasının həyətində olan şam ağacları da kəsilib. Bağbanları hara baxır? Hanı onların qulluq etdikləri ağaclar? Covid-19-la əlaqədar olaraq, xəstəxanaya ayrılmış tibbi personala 2-3 qat ayrılmış əmək haqlarını kimlər alır? Çünki xəstəxanada onlar gözə dəymir, yalnız adları gedir. Eləcə də xəstələrin qidaları və dərman vasitələri verilmir. Onlar xəstə yaxınları tərəfindən təmin olunur”.
Şikayətinin sonunda T.Xudiyev bir vətəndaş olaraq ərizəsini ünvanladığı rəhbər şəxslərdən xahiş edir ki, sadaladığı bütün qanunsuz əməllər araşdırılaraq hüquqi qiymət verilsin.

Korrrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür