Azərbaycan İdeyası

OQTAY GÜLMALIYEV PAMBIQLA BAŞ KƏSIR

Tarix:4-02-2021, 11:11
Baxış Sayı:258

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir müddət ölkədə yaranmış hərc-mərclik, bütün sahələr kimi, kənd təsərrüfatına da mənfi təsirini göstərdi. Bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən "ağ qızıl" istehsalı da tədricən unuduldu. Torpaqlar kəndlilərə verildikdən, kolxoz və sovxozlar dağıldıqdan sonra pambıq əkinində də sərbəstlik yarandı. Texnika, mineral kübrələr və məhsulu satmaq üçün bazar olmadığından, pambıqçılığa olan maraq ildən-ilə zəiflədi. Bundan sonra zavodların istehsal gücü azaldıldı və bu məhsulun bazarında durğunluq yarandı.
Lakin Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, ölkənin bütün sahələrində olduğu kimi, aqrar sektorda da canlanma başladı. Kənd təsərrüfatının ayrı-ayrı sektorlarında olduğu kimi, pambıqçılıqda da irəliləyişlər müşahidə edildi. Məhz Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, "ağ qızıl"ın istehsalı sahəsində dönüş yarandı.
Amma...
İmişli rayonunun Qaravəlli kənd sakinləri Əhmədov Yahya Babək oğlu, Vəliyev Səbuhi Əşrəf oğlu, Babaşov Museyib Sabir oğlu, Babaşzadə Xosrov Ələsgər oğlu və Ağdam rayon sakini Məhərrəmov İmdad Yaqub oğlu ölkə başçısına, baş prokurora, dövlət təhlükəsizlik xidmətinin rəisinə, kənd təsərrüfatı nazirinə yazdıqları şikayət ərizəsinin bir surətini də “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına ünvanlamışlar.
Şikayət ərizəsinin preambulasında müəlliflər dövlətimizin rəhbərliyinin sahibkarlığın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirdiyini vurğulayır, bu sahədə tərəqqiyə nail olunması üçün Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyulmuş vəzifələrdən söz açılır, fermer təsərrüfatlarına güzəştli şərtlərlə investisiya və kreditlər verilməsi xatırladılır.
Ərizədə o cümlədən qeyd olunur: “İmişli MTK Pambıq Zavodunun direktoru Oqtay Gülmalıyev biz vətəndaşlarla müqavilə bağlayıb və məhsullarımızın 1-ci və 4-cü sorta qədər yığılan pambığın təhvil alınmasını öz öhdəsinə götürmüşdür. Bütün bunlar müqavilədə öz əksini tapıb. Təəssüflər olsun ki, İmişli MTK Pambıq zavodunun direktoru Oqtay Gülmalıyev laboratoriyanın müdiri daxil olmaqla öz yaxınlarını ətrafına toplayaraq bütün müqavilədə götürülmüş öhdəliklərinin tam ziddinə gedir. Belə ki, laboratoriyanın işçiləri dövlət standartlarına uyğun olmayan qaydada özbaşına olaraq pambığın nəmlik və zibilliyini istədikləri qaydada yazırlar. 30 faizə qədər vətəndaşlardan pambıq çıxırlar. Halbuki, əl ilə yığılan 1 s pambıqdan maksimum 3-5 faiz çıxılmalı, texnik ailə yığılan pambıqdan isə 8-10 faiz çıxılmalıdır. İndi isə əksinədir...”
Əhmədov Yəhya Babək oğlu: “Zavoda 2-ci sort pambıq təhvil verdiyim zaman zavodun laboratoriyasının işçisi Kənan adlı şəxs analiz etmədən pambığı geri qaytardı. Dərhal zavodun direktoru Oqtay Gülmalıyevə müraciət etdim. O, mənə dedi ki, sənin təhvil verəcəyin pambıq çaqqanaqlıdır, o pambıq mənə lazım deyil. Mən ona dedim ki, zavodun laboratoriyası var, analiz edin, neçə faiz dərəcəsi çıxacaqsa, o cür də qəbul edin. O, mənə dedi ki, apar pambığı, neyləyirsən elə, bizə lazım deyil. Ona bildirdim ki, mənim zavodla müqaviləm var, siz bunun son yığımına qədər götürməlisiniz. O, mənə əhəmiyyət vermədi. Halbiki, keçən il mən hər hektardan İmişli MTK Pambıq Zavoduna 70 faizdən artıq pambıq vermişəm. Nüminəvi fermer olduğum üçün Kənd Təsərrüfatı Nazirliyi haqqımda reportaj hazırlayıb, mənə təşəkkür ediblər. Bu gün əldə olunan yüksək nəticələrə baxmayaraq, mənim pambığımı geri qaytardılar. Bütün bunlardan sonra mən həmin pambığı öz sahəmdə boşaldaraq video-çəkiliş aparıb yandırdım. İşçilərə də yığım pulunu verə bilməmişəm”.
Ərizəni imzalayan şəxslər İmişli MTK Pambıq Zavodunun rəhbərliyindən və zavodun laboratoriyasının fəaliyyətindən, məhsullarının yarıqat edilməsindən narazıdırlar.
Sonda xatırladaq ki, hələ iki il əvvəl mətbuat yazmışdı ki, sözügedən zavodda fermerlərə ağ qaimələrə imza atdırırlar. Daha dəqiq desək, onların hesablarına mal-material, sərfiyyat və s. lüzumsuz vasitələr yazılır və sonda zavod fermerlərə deyil, əksinə fermer zavoda borclu qalır.

Adəm Allahyaroğlu

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq