Azərbaycan İdeyası

SOCAR Şri-Lankada LNG terminalı inşa edəcək

Tarix:22-03-2021, 18:27
Baxış Sayı:100

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Pearl Energy” layihəsi çərçivəsində Şri-Lankanın yaxın gələcəkdə LNG inkişaf proqramına qatılacağı gözlənilir.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Maltada LNG-dən elektrik enerjisinin istehsalı layihəsinin uğurla başlamasından sonra Cenevrədə yerləşən “SOCAR Trading” şirkəti sonrakı dayancağının Şri-Lanka olduğunu açıqlayıb.

“Pearl Energy” layihəsi ilə əməkdaşlıq çərçivəsində şirkət Hambantota limanında LNG güclərini inkişaf etdirməyi planlaşdırır və buradan LNG avtomobil nəqliyyatı ilə enerji istehsalçılarına çatdırılacaq. SOCAR əsas hədəflərindən birinin də limanda elektrik stansiyası inşa etmək olduğunu açıqlayıb.

Ötən ilin avqust ayında Şri-Lankanın İnvestisiya Şurası (BOI) Hambantota limanında üzən LNG anbarı hesab olunan “Hambantota LNG Hub”ı fəaliyyətə başlatmaq üçün “Pearl Energy (Pvt) Ltd.” ilə müqavilə imzalayıb.

Beynəlxalq mediaya görə, SOCAR LNG ticarəti məqsədilə kiçik ölçülü terminal qurmaq üçün Hambantota limanının çinli liman operatorları və Körfəzdəki ortaqları ilə müqavilə imzalayıb. Şirkət bildirib ki, terminalın inşası təxminən 100 milyon ABŞ dollarına başa gələ bilər.

Şri-Lankadan əlavə, SOCAR Seneqal və Mozambik də daxil olmaqla bir sıra Afrika ölkələrində imkanları araşdırır.

Beynəlxalq mediaya açıqlamasında “SOCAR Trading” şirkətinin rəsmisi Cənubi Afrikadakı “Coega” xüsusi iqtisadi zonasında LNG istehsalı güclərini yaratmaq üçün keçiriləcək tenderə qatılacaqlarını söyləyib.

Ötən il “SOCAR Trading” 4 milyon ton LNG ticarəti aparıb və 2025-ci ilə qədər bu həcmlərin 10 milyon tona çatacağını ümid edir. Şirkət ticarət və biznesin inkişafı da daxil olmaqla yeni karbon bölməsi ilə mübarizəyə qoşulmağı planlaşdırır.

SOCAR Şri-Lankada LNG terminalı inşa edəcək

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı