Azərbaycan İdeyası

400 milyonluq qalmaqal 05.02.15 | 09:55 | Xəbər 538 dəfə oxunub

Tarix:5-02-2015, 16:30
Baxış Sayı:0

Yunanıstanın yeni hökumətinin enerji və ətraf mühit naziri Panayiotis Lafazanis dünən Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “Socar Energy Greece”in baş icraçı direktoru Anar Məmmədovla görüşüb.


“Qafqazinfo”nun məlumatına görə, Virtualaz.org saytı bu barədə yunan mənbələrinə istinadən xəbər verir ki, bu görüş Yunanıstanın yeni hökumətinin enerji nazirinin Azərbaycanda anlaşılmazlıqla qarşılanan son bəyanatından sonra baş tutur. P.Lafazanis bəyan etmişdi ki, Yunanıstanın yeni hökuməti bu ölkədə qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin üçdə iksinin SOCAR-a satılmasına dair 2013-cü ilin yayında imzalanmış 400 milyon avroluq sövdələşməyə yenidən baxa bilər.

Məlumata görə, görüşdə “Şahdəniz” qazının Yunanıstan üzərindən Avropaya nəqli layihəsi və SOCAR-ın DESFA-nı almasına dair müqavilə ətrafında müzakirələr gedib.

P.Lafazanis deyib ki, Yunanıstanın yeni hökuməti Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsini dəstəkləyəcək, ancaq o şəkildə ki, Yunanıstanın bu layihədən əldə edəcəyi faydanı maksimum artsın.

DESFA şirkətinin səhmlərinin SOCAR-a satılmasına gəldikdə isə Lafazanis bildirib ki, hökumət əvvəlki kimi bu sövdələşməyə dair Avropa Komissiyasının qərarını gözləyir və yalnız bundan sonra növbəti addımlarını müəyyən edəcək.

Yunanıstanın bu addımı Azərbaycan hakimiyyətinin narahatlığına səbəb olub. Ilk gündən iqtidarın nəzarətində olan mediada Yunanıstanın yeni hökuməti tənqid atəşinə tutulub və bu davam etməkdədir. Iqtidaryönlü media Yunanıstan hökumətini Azərbaycanı şantaj etməkdə suçlayır.

Hakimiyyət mətbuatı yazır ki, əslində Yunanıstanın yeni hökumətinin bu addımı bacarıqsızlıqdan və və şübhəli yolla pul qazanmaq cəhdindən başqa bir şey deyil.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı