Azərbaycan İdeyası

Qida texnoloqundan xəbərdarlıq: “Quş ətində olan salmonella virusu zəhərlənməyə səbəb olur”

Tarix:23-03-2021, 14:52
Baxış Sayı:62


Son bir neçə ay ərzində ölkəyə gətirilən dondurulmuş toyuqlarda salmonella bakteriyası aşkar edilib.

Baku TV-nin məlumatına görə, bu təhlükəli bakteriyaya daha çox yenidən dondurulmuş toyuqlarda rast gəlinir. Ölkəyə gətirilən toyuqlar arasında bakteriya aşkar edilənlər məhv edilib.

Bəs salmonella bakteriyası nədir? O necə aşkar edilir?

Bu sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) işçisi Çiçək Süleymanova cavablandırıb. Onun sözlərinə görə, insanlar dondurulmuş quş əti alan zaman dondurulmuş məhsulun üzərində buz kristallarının olmamasına diqqət edilməlidir:

“Yol kənarında, açıq şəkildə satılan, heç bir baytarlıq sənədi olmayan quş ətlərini almaq olmaz. Əgər quş əti bir və ya iki gün ərzində istehlak olunacaqsa, o, soyuducuya qoyula bilər. Lakin yax bir neçə gün ərzində quş ətinin istehlakı nəzərdə tutulmursa, məhsul soyuducunun dondurucu gözündə saxlanılmalıdır”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev isə bildirib ki, ölkəyə məhsul gətirilməzdən əvvəl həmin ölkənin epizootik vəziyyəti öyrənilməlidir:

“Məhsullar idxal olunmazdan əvvəl baytarlıq haqqında Azərbaycan Respublikası qanunvericiliyə uyğun olaraq icazə alınmalıdır. Yalnız bundan sonra sahibkarlar məhsul idxalını həyata keçirə bilərlər. Digər heyvan mənşəli məhsullar kimi quşçuluq məhsulları da risk daşıyır. Məhsulların qablaşdırılması, daşınması xüsusi şəraitdə həyata keçirilməlidir. Əsasən da soyuq zəncir prinsipinə əməl olunmalıdır.

Məhsullar ölkəyə idxal olunduqdan sonra onlardan götürülən nümunələr AQTİ tərəfindən müayinə edilməlidir. Sahibkarlar buna müvafiq şərait yaratmalıdır”.

Qida texnoloqu Ağa Salmanov bildirib ki, salmonella qida zəhərlənməsinə səbəb olacaq bakteriyadır:

“Bu bakteriyaya quş əti məhsullarında, çiy içilən süddə, yumurtada, yaxşı bişməyən ət məhsullarında rast gəlinir. Yumurtaları alıb evə gətirən zaman yumaq olmaz. Yumurtaların üzərində gözlə görünməyən məsamələr var ki, yuyulduqdan sonra salmonella bakteriyası yumurtanın içərisinə daxil olur. Bu da qida zəhərlənməsinə gətirib çıxara bilir. Virus insan orqanizminə daxil olduqdan 12-72 saat ərzində özünü büruzə verir. Bu qızdırma, ishal, qusma, qarınağrısı kimi simptomlarla özünü göstərir”.


Qida texnoloqundan xəbərdarlıq: “Quş ətində olan salmonella virusu zəhərlənməyə səbəb olur”

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir