Azərbaycan İdeyası

Azərbaycanda nə qədər sərnişin taksidən istifadə edir? - FOTO

Tarix:25-03-2021, 12:27
Baxış Sayı:41

Azərbaycanda fevral ayı ərzində sərnişin daşımaları yanvar ayına nisbətən 36,3 faiz artsa da, 2020-ci ilin fevral ayı ilə müqayisədə 42,2 faiz azalıb.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2021-ci ilin yanvar-fevral aylarında sərnişin daşımaları 2020-ci ilin müvafiq dövrünə nəzərən isə 47,7 faiz azalıb.

Yanvar-fevral aylarında nəqliyyatçılar 162,3 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

İki ay ərzində dəmir yolu nəqliyyatı ilə 300,5 min sərnişin daşınıb, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında isə 64,1 faiz azalma müşahidə olunub.

Avtomobil nəqliyyatı ilə 161,9 milyon sərnişin daşınıb ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz azalma qeydə alınıb. Sərnişinlərin 92,8 faizi avtobus, 7,2 faizi isə taksi xidmətindən istifadə edib. Əlavə edək ki, taksilərdən istifadə edən sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz artıb.

Hava nəqliyyatı ilə 59,3 min və ya 82,6 faiz az sərnişin daşınıb və daşımaların 98,8 faizi dövlət, 1,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Qeyd edək ki, koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması sərnişin daşımalarının azalmasına gətirib çıxarıb.

Azərbaycanda nə qədər sərnişin taksidən istifadə edir? - FOTO
Azərbaycanda nə qədər sərnişin taksidən istifadə edir? - FOTO

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur