Azərbaycan İdeyası

Koronavirusun növbəti “hədəfi” ev heyvanlarıdır

Tarix:30-03-2021, 10:19
Baxış Sayı:53


Koronavirus infeksiyası növbəti mərhələdə kənd təsərrüfatı və ev heyvanları arasında kütləvi şəkildə yayıla bilər.

“İzvestiya”nın məlumatına görə, bu barədə N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq xəbərdarlıq edib.

“Koronavirus hələ patogen potensialını reallaşdırmayıb. Bir il içində isə - bəşəriyyəti yaxşı peyvəndlərlə müdafiə etdiyimiz müddətdə ev heyvanları virusa yoluxacaq. Sevimli ev heyvanlarından isə heç kim imtina etməyə hazırlaşmır”, - deyə direktor vurğulayıb.

Akademik COVID-19 patogenini yayanların bundan sonra mütəmadi olaraq insanlar ətrafında olacağını vurğulayıb.

O, həmçinin insanlığın ən təhlükəli viruslardan biri sayılan koronavirus patogeni ilə uzun müddət yanaşı yaşamağa hazır olmasının lazım olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl də ev heyvanlarının koronavirusa yoluxması halları qeydə alınıb. Belə ki, keçən ilin aprel ayında Uhanda 10-dan artıq pişikdə COVID-19-a qarşı anticism tapılıb. 2020-ci ilin aprelində ABŞ-da, iyulunda – Böyük Britaniyada, 2021-ci ilin yanvarında isə Sankt-Peterburqda koronavirusa yoluxmuş pişiklər aşkar edilib.


Koronavirusun növbəti “hədəfi” ev heyvanlarıdır

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı