Azərbaycan İdeyası

Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - FOTO

Tarix:26-04-2021, 18:52
Baxış Sayı:144






Abşeron rayonunun Qobu qəsəbəsində şəhid baba və nəvənin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa olunub.

Bununla əlaqədar əraziyə baxış keçirən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bildirilib ki, I Qarabağ müharibəsində döyüşən baba Hüseynov Gülverdi Ağahüseyn oğlu 1992-ci ildə, Vətən müharibəsində isə onun nəvəsi Qasımov Gülverdi Abil oğlu 2020-ci il oktyabrın 26-da qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəliblər.

Qeyd edilib ki, ərazidə əsaslı təmir-bərpa işləri həyata keçirilib. Abidənin ətrafına həmişəyaşıl gül kolları və müxtəlif növ dekorativ ağaclar əkilib. Pilləkanlar və ərazi aqlay daşlarla üzlənib.

Vətənimizin bütövlüyü uğrunda Azərbaycan igidlərinin göstərdiyi şücayətdən danışan başçı bildirib ki, onların qəhrəmanlıqları sayəsində torpaqlarımız düşməndən azad olunub:

“Respublikada şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Onların qarşılaşa biləcəyi bütün problemlərin həlli istiqamətində ciddi tədbirlər həyata keçirilir”.

Daha sonra şəhidin valideynləri Abil və Pakizə Qasımovlar ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb.





Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - FOTO
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - FOTO
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - FOTO
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - FOTO
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - FOTO

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama