Azərbaycan İdeyası

Şikayət Məktubu!

Tarix:3-05-2021, 13:50
Baxış Sayı:836

Şikayət Məktubu!

Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan, dünya şöhrətli,
əvəzedilməz daimi Prezidentim
İlham Əliyev cənablarına

Azərbaycan Respublikasının Birinci Vitse-
Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Milli Məclisin sədri
Sahibə xanım Qafarovaya

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri
cənab Vilayət Eyvazova

Surəti: Azərbaycan Respublikası Qaçqınların və
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
cənab Rövşən Rzayevə

Surəti: “Korrursiya və qanun” qəzetinin redaktoru
Xuraman xanım Quliyevaya

Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi
114 D ünvanda müvəqqəti məskunlaşan, Füzuli
rayonundan məcburi köçkün Məhərrəmov
Fidayəddin Nüsrəddin oğlunun

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat
rəhbəri, Qaçqın və Köçkünlərə ev (mənzil) vermə
Komissiyasının sədri Zeynalov Eldarın
yaramaz əməllərindən

ŞİKAYƏTİ

Hörmətli İlham Əliyev!
Mən böyük inamla Sizə sığınaraq, Sizə güvənib ürək yanğısı ilə müraciət edirəm. Mənə məlumdur ki, saxtakarı axtarıb tapıb cinayət məsuliyyətinə cəlb etmək hüquq-mühafizə orqanlarının işidir.
Hörmətli Prezident!
Adam haqsızlıqla, insafsızlıqla rastlaşanda dəhşətə gəlir, dözə bilmir. Vəziyyət məni məcbur edir ki, Qaçqınkomun Aparat rəhbəri, Qaçqınlar və Köçkünlərə ev (mənzil) vermə Komissiyasının sədri Eldar Zeynalovun yaramaz, haqsız, insafsız, vəzifə səlahiyyətlərini aşaraq özbaşınalıq əməllərini Sizlərə bildirməyi vacib bildim.
Bildirirəm ki, mənim uzun müddətli həyat və istehsalat təcrübəm var. Vaxtilə 1966-cı ildə 28 yaşımda Azərbaycan KP-sı Füzuli Rayon Partiya Komitəsində Təşkilat Şöbəsində və digər rəhbər vəzifələrdə işləməklə dövlətimizə yararlı şəxs olmaqla Füzuli rayonunda şərəfi, şöhrəti olan şəxslərdənəm. Hazırda yaşlanmışam, həyat yoldaşım 2012-ci ildə dünyasını dəyişmişdir. Evim olmadığından nə qədər qohum, tanış evində qalıb minnətli yaşamaq olar?!
Acınacaqlı vəziyyətimdə məcburi qaçqın və köçkünlər üçün tikilmiş evlərdən mənə bir otaqlı mənzil (müvəqqəti olsa da) verilməsi üçün 2016-cı ildən Qaçqınkomun vaxtilə sədri işləmiş Əli Həsənova (qəbzi məndədir) rəsmi müraciət etmişəm. Cavab məktubları əlavə edirəm.
Tələbimi davam etdirərək məcburi köçkün kimi Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə mənə bir otaqlı müvəqqəti olsa da, mənzil verilməsindən ötəri haqlı tələbimi nəzərə alması üçün 05.07.2018; 11.03.2019; 04.04.2019; 14.02.2019; 16.01.2020 və 12.10.2020-ci il tarixlərdə 6 dəfə rəsmi müraciətimə Eldar Zeynalov tərəfindən əməl edilməmişdir. Məcbur olub etdiyim müraciətlərə cavab verməməsi barədə 28.08.2020-ci il tarixdə Eldar Zeynalova məktub, 02.10.2020-ci il tarixdə teleqram yazdımsa da, yenə də Eldar Zeynalov cavab verməmişdir.
Bununla belə 12.02.2020-ci il tarixdə əsas binanın birinci mərtəbəsində, 4 iyun 2020-ci il tarixdə əsas binanın həyətində Eldar Zeynalovun iki dəfə qəbulunda olmuşam. Eldar Zeynalov 04.06.2020-ci il tarixdə saat 16 radələrində görüş-qəbul təşkil edərkən onun imzası ilə mənə göndərdiyi 08.05.2019-cu il tarixli 01/5821 saylı məktubu göstərdim. İmzasını görən kimi dərhal xidməti telefonu qulağına tutub köməkçisinə tapşırdı ki, Qobu şəhərciyindən bir otaqlı mənzil yaz Məhərrəmov Fidayəddin Nüsrəddin oğlunun adına. Sonra üzümə gülüş edərək dedi ki, mən sənə bir ev yazıram, ailən olsa idi sənə 2 otaqlı ev verərdim. Sonra məndən istehza ilə sənin başqa sözün olmamış olmaz? Mən də xoş arzularımı bildirdikdə ciddi vəziyyət alaraq başını buladı, zəif səslə bildirdi ki, get, telefonunu açıq qoyarsan. Mən də sevindim. Sevincim pul vermədiyim üçün yalan oldu, gözüm qaldı yolda, qulaqlarım səsdə.
Onu da qeyd etməliyəm ki, Eldar Zeynalovun qəbulunda olanda qarşısında olan masa üstündə bir ağ vərəq gördüm, üstünə 1000 (bir min) yazılmışdı, tez-tez o üzə-bu üzə çevirirdi. Mən də görməməzliyə vurdum. Sonradan anladım ki, həmin 1000 (bir min) manat nə üçün yazılmışdı. Bundan sonra Eldar Zeynalovun məni görməyə gözü olmadı. Qobu qəsəbəsində mənzilləri istədiyi vətəndaşlara payladı, mənim adım olmadı. Səbəbi mənim üçün tam aydın idi ki, kağızın üstünə yazılmış pulu imkansızlığımdan vermədim. Eldarın meyarı görünür rüşvətdir. Bununla yanaşı elə hesab edir ki, imkanlı, imkansızın ona borcu var.
Hörmətli Prezident!
Onu da Sizə bildirmək istəyirəm ki, mənim hazırda iddiam, tələbim Eldar Zeynalovun mənə rəsmi göndərdiyi 08.05.2019-cu il tarixli 01/5321 saylı məktuba əməl etməməsi, şəxsi məqsədini dövlətimizin məqsədindən yüksək tutmasıdır. Məktubu əlavə edirəm. Yaxşı olardı ki, Eldar Zeynalov vəzifə səlaziyyətini aşaraq Qobu şəhərciyində payladığı evlər yoxlanardı, şəhərcikdə ölən, itən, köçənlərin evləri kimlərə verilib. Onu bilirəm ki, Eldar Zeynalov özbaşına bildiyini edibdi. Xüsusilə, 08.05.2019-cu il tarixdən sonra kimlərə ev verib, onun işinə ciddi nəzarət olmadığından araşdırma aparılsaydı, Eldar bu qədər özbaşına bildiyini işlətməzdi. Bununla yanaşı, Eldar Zeynalov mənim çətin vəziyyətdə tək yaşadığımı, 2016-cıü ildən Qaçqınkoma etdiyim müraciətlərimi nəzərə almamış, imkansız olduğumdan ona pul verə bilmədim, əlbəttə, ona bir otaq üçün iş yerində ağ kağıza yazıb mənə göstərmək istədiyini vermədim. O da mənə evi vermədi. Onu bilirəm ki, cinayətkarın izi itmir, cinayət işinin məhdudiyyəti olmadığından geci-tezi cəzasını almalıdır. Bəlkə də vacib qurumların Eldar Zeynalovun belə yaramaz əməlindən xəbəri yoxdur.
Eldar Zeynalov özünü sığortalamaqda mahir ustadır. Dost-tanışlar hesab edirdilər ki, mənə ev veriləcək. Xüsusilə Qobu şəhərciyində evi boşalan, ölən, köçüb gedənlər olsa da, mənə verilmədi. Mənə təsir edən də odur ki, Eldar Zeynalov mənim şərəf-şöhrətimi insafsızcasına tapdalayıb. Dost-tanış yanında xəcalət çəkdim.

Hörmətli Prezident!
Xahiş edirəm, bir anlığa diqqət edin. Komitədən Zeynalov Eldar 2016-cıü ildən bu qədər vətəndaşlara (doğru-düzgün olmayanlar da var) ev verib. Beş ildə mənə növbə imkanı olmadı? İnandırıcı deyil axı. Görünür, rüşvət olan yerdə ədalətdən danışmaq olmaz. Mənim tələbim odur ki, 5 ildə Eldar Zeynalovun mənə ev verməməsinə əsası yoxdur. Mənə mənzil verilməsi mümkün olduğu halda, verilməməsi açıq-aşkar Eldar Zeynalovun rüşvətxor olmasını təsdiq edir. Ona görə də mənə insafsızlıq etmişdir.
Yasamal, Umid Əkbərov küçəsi, 114 D saylı qədim köhnə mənzildə başımıza yağış tökülməməsi üçün evə qablar düzürük. Belə zülüm olar?
Bununla bildirirəm ki, nə üçün 08.05.2019-cu il tarixli 1/5821 saylı məktuba şəxsən imza etmiş məcburi qaçqın və köçkünlərə mənzil vermə üzrə xüsusi komissiyada neçə dəfə baxaraq mənim adımın mənzillə təmin ediləcək məcburi köçkün ailələrin növbəli siyahısına salınmışdır (məktubu əlavə edirəm). Mən Vətənimə qayıtmaq istəyirəm. Füzuli rayonu ərazisində yeni “Fin” qəsəbəsi salınmış 95 yaşayış evlərdən insafsız Eldar Zeynalov mənə bir otaq inadkarlıq edərək vermir. Hazırda Horadiz şəhərində boş evlər vardır. Mənə bir otaqlı mənzil verilməsi üçün Eldar Zeynalovun heç bir əsası yoxdur. Belə də özbaşınalıq olar? Belə də insafsızlıq, ədalətsizlik olar? Belə vəziyyətdə məndə şübhə yaranır, görünür aidiyyatı rəhbər qurumlar, xüsusilə komitənin sədri Rövşən Şükür oğlu Rzayevə 6 dəfə rəsmi müraciət etmişəmsə də, elə bil Eldar Zeynalovdan ehtiyat edir, qorxur. Komitəyə rəhbərlik prezident tərəfindən ona etibar edilib.
Cənab Prezident!
Onu da Sizə bildirməyi vacib bilirəm ki, mən Qarabağ müharibəsində 1991, 1992, 1993-cü illərdə Füzuli rayonunun ətrafında gedən döyüşlərdə Milli Ordumuza maddi və mənəvi köməklik göstərmişəm. Bu danılmaz faktdır. Bunu 723, 729, 823, 848 hərbi hissələrin qərargah rəisləri: Əhmədov, Qəhrəmanov, İmanov və sair verdikləri arayışlar, təşəkkürlər təsdiq edir. Eldar Zeynalov neyləyib, kimi ağladıb, kimi güldürüb?
Eldar Zeynalovun mənə bir mənzil verməməsini mənim ümid yerim olan dünya şöhrətli, əvəzedilməz, daimi prezidentimdən imdad diləmişəm, nə qəbahət etmişəm, mən haqlı tələbimi etmişəm, nə etməliyəm, Eldar Zeynalov özbaşınalıq edir.
Mənim haqlı, düzgün müraciətlərimi oxuyub nəzərə alan yoxdur. Elə bil, mən bu dövlətimizin üzvü deyiləm.
Mən məcburi köçkünəm, mənim Eldar Zeynalovdan şikayətimə baxan yoxdur. Mənim tələbim təmin edilmir.
Eldar Zeynalov mənə imzası ilə 08.05.2019-cu il tarixli 01/5321 saylı məktub da vermişdir.
Hesab edirəm ki, komissiyanın sədri Eldar Zeynalovun başçılığı ilə qərar qəbul edilərək, Eldar Zeynalov komissiya sədri kimi birinci imza etmiş, ancaq qərara əməl etməmişdir. Eldar Zeynalova nə ad vermək olar, bunu ictimaiyyətin müzakirəsinə verilməsi daha yaxşı olardı.
Eldar Zeynalov kimdir? Elmi əsəri, elmi dərəcəsi yoxdur. O qədər dəyərli, vacib adamdır ki, əvəzedilməzdir? O, insafsızdır. Mənə aydın deyil, bəlkə də imkansızlığıma görədir.
Öz timsalımda bildirirəm ki, Eldar Zeynalovun imzası ilə yazılan məktubla əməli düz gəlmir. Görünür, iki vəzifənin öhdəsindən gələ bilmir.
Güman edirəm, öz timsalımda Eldar Zeynalovun rüşvətxorluğu barədə yaramaz əməllərini az olsa da, qeyd etdim.
Çox hörmətli, dünya şöhrətli Ali Baş Komandan, həmişəlik Prezidentim!
Mən Sizə güvənib müraciət edərək inanıram ki, mənə qarşı yaramaz əməllərin sahibi Eldar Zeynalovun mənə 2016-cı ildən bəri heç bir əsası olmadan inadkarlıq edərək məcburi köçkünlərə tikilən evlərdən birotaqlı mənzil verməməsi səbəbi aydınlaşdırılacaq, onun haqqında lazımi tədbir görüləcəkdir.

Cənab Prezident!
Sizə bildirmək istəyirəm ki, mənim tələbim yetərincədir. Bütün istinad etdiyim hallar doğru-düzgündür.
Onu bilirəm ki, Prezidentimizin sayəsində məcburi köçkünlərin bütün problemləri həll ediləcək, firavan yaşanacaq, Eldar Zeynalov kimilərinə ehtiyac olmayacaq.
Cənab Prezident!
Sizin həmişə Vətənimizə xidmətinizdə və şəxsi həyatınızda qismətiniz uğurlu olsun. İnşallah.


İmza: /Fidayəddin Nüsrəddin oğlu Məhərrəmov/

Tel.: (050) 375-77-80

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…