Azərbaycan İdeyası

Tarixi yazırdılar, tarixə çevrildilər

Tarix:7-06-2021, 19:03
Baxış Sayı:217

Məlum olduğu kimi, iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Ermənilər tərəfindən qoyulmuş minanın qurbanı olan həmkarlarımızın xalqımız üçün böyük dəyəri var. Onlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri sənədləşdirirdilər. Addım-addım şəhər və kəndlərimizi gəzərək, arxiv üçün materiallar toplayırdılar. Bu işlərin dəyəri bu gün üçün də, yüz illər sonra üçün də vacibdir. Onlar Azərbaycan xalqının səlnaməsini yaradırdılar. Azərtac tərəfindən, Azərbaycan Televiziyası tərəfindən onlara ezamiyyətlərin dəyişdirilməsi təklif olunduğu halda, onlar bununla razılaşmayıblar. Bu işi elə böyük həvəslə, rəşadətlə yerinə yetiriblər ki, dəyəri heç nə ilə ölçülməz.

Müharibə dövründə Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan əsgərlərilə çiyin-çiyinə olan jurnalistlərimizin də rəşadətini gördük. Onlar ön cəbhədə idilər, ermənilərin vəhşiliyini çəkərək, fotolarla, videolarla dünya ictimaiyyətinə çatdırırdılar. Bu, mərhum jurnalistlərimizin işinin bir tərkib hissəsi idi. Onların həlak olması həm Azərbaycan, həm də dünya mediası üçün böyük itkidir. Biz beynəlxalq təşkilatlara müraciət edirik, bu hadisə, vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılsın.

“Korrupsiya və Qanun” qəzetinin kollektivi adından mərhum həmkarlarımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Xuraman Quliyeva,

“Korrupsiya və Qanun” qəzetinin baş redaktoru

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama