Azərbaycan İdeyası

Müstəntiqlərin baş idarəsi şikayətçidən vaxt istəyir – Ləğv olunmuş qərara “istinad” edərək

Tarix:9-06-2021, 17:50
Baxış Sayı:458

Lənkəran rayonu, Liman şəhəri, H. Aslanov küçəsi, ev – 280 ünvanda yaşayan Dadaşov Eynulla İbadulla oğlu nğvbəti dəfə redaksiyamıza müraciət edərək, ona məxsus kənd təsərrfatı təyinatlı torpaq sahəsində qanunsuz qazıntı işləri apararaq yararsız hala salmış Məlikov Şahmar Allahverdi oğlunun Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə məsuliyyətinə cəlb edilməsinə nail olmaq üçün şikayət ünvanladığı Daxili işlər Nazirliyinin müxtəlif strukturlarından eyni məzmunlu, dolandırıcı “cavab” məktubları almasından gileylənmişdir. Növbəti belə məktub ona 17 may 2021-ci il tarixdə göndərilmişdir. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədovun imzaladığı həmin məktubda vətəndaş Eynulla Dadaşova əvvəlki qaydada bir daha xatırladılır ki, onun torpaq sahəsindən qanunsuz isrtifadə edilməsi barədə şikayəti üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur.

Vətəndaş E.Dadaşova qəribə gələn budur ki, nə əcəb hörmətli cənab Emin Məmmədovun Lənkəran ŞRPŞ-nin məlum rədd qərarlarının keçən ili noyabr ayında məhkəmə qaydasında ləğv edilməsindən xəbəri yoxdur. Təkcə bu fakt onu deməyə əsas verir ki, Baş İstintaq və Təhqiqat İdarəsi, daha doğrusu, idarənin vəzifəli şəxsləri haqq-ədaləti deyil, daha aşağı strukturlarda çalışan müstəntiq həmkarlarının mövqeyini dəstəkləyərək, nəyin bahasına olursa – olsun, Şahmar Məlikovun məsuliyyətdən kənarda qalmasına cidd-cəhdlə çalışırlar.

Dadaşov bildirmişdir ki, məktubu almamışdan bir neçə gün əvvəl Baş İstintaq və Təhqiqat İdarəsinin Fuad adlı müstəntiqi ilə danışmış, onun vasitəsilə İdarəyə yeni təyin olunmuş şəxslə əlaqə saxlaya bilmişdir. Müstəntiq və rəisi ona guya Şahmar Məlikovun əməlində CM-nin 188-ci maddəsinin tərkibi olmadığını izah etməyə çalışmış, bildirmişlər ki, Məlikov torpaq sahəsini hasarlamış və ya üzərində hər hansı tikinti işi aparmış olsaydı, cinayət məsuliyyətinə cəlb olunardı. Lakin Dadaşov onlarla razılaşmamış, rədd qərarlarının məhkəmə tərəfindən ləğv edildiyini xatırlatmışdır. Sonradan Dadaşovun vəkili İdarə ilə telefon bağlantısı quraraq müstəntiqlərlə fikir mübadiləsi aparandan sonra belə bir məxrəcə gəlmişlər ki, İdarənin təzə rəisinin də həmin işlə ətraflı tanış olması üçün bir həftə gözləmək məqsədəuyğundur.

Lakin çox keçmədən müstəntiq Fuad zəng vuraraq Lənkəran ŞRPŞ-nin guya qüvvədə olan rədd qərarını göndərəcəyini E.Dadaşova bildirmişdir. E.Dadaşav hazırda gözləmə mövqeyindədir. Onun fikrincə, polis şöbəsinin Ş.Məlikov barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə daha bir qərarı olubsa, xəbərsiz olduğu həmin sənədin tarixi 2020-ci il noyabrın 26-dan sonrakı tarixə təsadüf etməlidir.

Gözləyək.

Xuraman Quliyeva,

“Korrupsiya və Qanun” qəzetinin baş redaktoru

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…