Azərbaycan İdeyası

Dəllallıq edən daha iki vəkilin dələduzluğundan şikayət olundu

Tarix:29-06-2021, 17:51
Baxış Sayı:736

Azərbaycanda “Vəkillər haqqında” qanun, Vəkillər Kollegiyası adlı qurum olsa da, vəkillik institutu formalaşmayıb. Vəkil deyilənlər hakimlə təqsirləndirilən şəxs arasında dəllallıq edirlər. Hələ üstəlik, müştərilərini inandırmaq üçün hakimlə eyni məktəbdə tələbə yoldaşı olduqlarını da deyirlər. Halbuki, başqa cür də olmamalıdır. Axı hakim də, vəkil də əksərən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudurlar. Ali təhsili bitirəndən sonra hamısı eyni – hüquqşünas ixtisasına yiyələnirlər. Yalnız sonradan kimi hakim olur, kimi də vəkilliklə məşğul olur.

Hakim-vəkil bazarlığındakı tərəzinin daşı isə kiloqramla deyil, azaldılacaq azadlıqdan məhrumetmə müddətinin bir ili ilə ölçülür. Məsələn, hər ili üçün 1000 manat, 2000 manat və s. Hətta bu bazar o qədər açıqdı ki, təqsirləndirilən şəxslər aldanıldıqları təqdirdə vəkili qeyri-peşəkarlığına görə deyil, nadürüstlüyünə görə qınayırlar – “Niyə pulu hakimə verməyib?”

Abşeron rayonu, Nübar qəsəbəsi, Zərifə Əliyeva küçəs,i döngə 1, ev 27 ünvanda yaşayan İslamov Əbülfəz Qurbanəli oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, vəkil tərəfindən aldanılaraq, pulunun mənimsənildiyini bildirmişdir.

İslamov yazır: “Kürəkənim Salmanov Zaur Təvəkkül oğluna 07 iyun 2017-ci il tarixdə dələduzluq ittihamı ilə Abşeron polisində cinayət işi başlanmışdır. Odur ki, vəkil xidmətindən istifadə etmək qərarına gəldim. Tanıdığım vəkil Əmrəliyev Rəhim Qasım oğlu mənə çox savadlı bir vəkil tanıdığını dedi. Mən də inandım. 7 saylı Vəkil Bürosunda həmkarı vəkil Hüseynzadə Mehdi Pəli oğlunu mənə təqdim etdi. Vəkillə 125 manatlıq müqavilə bağladıq. Ancaq Rəhim dedi ki, müqavilədə göstəriləndən əlavə Mehdiyə 2000 manat pul verməlisən, ondan aşağı qiymətə iş görmür. Mən də verdim...”

İslamovun sözlərinə görə, vəkil M.Hüseynzadə istintaqın gedişi zamanı onun kürəkəninin hüquqlarını yetərincə müdafiə edə bilməyib və iş verilib Abşeron rayon məhkəməsinə: “Mehdi məni hey inandırırdı ki, Zaurun törətdiyi yüngül cinayətdir, işdə boşluq çoxdur, onun cinayətinin cəzası 3 (üç) ildir, hansı ki hər ili 1000 manatdır, sən mənə 3500 manat ver, hakim Cəmilə Şəfiyeva üçün, bu işə xitam versin... Mən də verdim. Məhkəmə başlandı. De gəl, hakim yeznəmə 3 (üç) il iş kəsdi. Öyrəndim ki, Mehdi Cəmilə xanıma pul verməyib...”

Şikayətçi bildirir ki, xeyli çək-çevirdən sonra Mehdidən hakim üçün verdiyi pulun 3000 manatını birdəfəyə, qalan 500 manatı isə beş ay ərzində tədricən geri ala bilib: “İş üzrə apellyasiya məhkəməsinə şikayət verəndən sonra Mehdiyə heç bir iş görmədiyini, əksinə, məni aldatdığını xatırladıb özünə verdiyim 2000 manatı da qaytarmasını da tələb etdim. Həmin pulu Rəhimlə böldüyünü dedi, o halda öz payına düşəni qaytarmasını istədim. Onu da qaytarmadı...”

İslamov qeyd edir ki, iş üzrə apellyasiya şikayəti verdikləri zaman Rəhim Əmrəliyev yenicə Vəkillər Kollegiyasına keçibmiş. Odur ki, Rəhimin özü ilə bu dəfə 5 saylı Vəkillər Bürosunda 500 manatlıq müqavilə bağlayıb. Şikayətçinin sözlərinə görə, bu dəfə Rəhim Əmrəliyev bu işin apellyasiya məhkəməsində hər həbs ilinin azaldılması üçün 2000 manata başa gələcəyini, hakim Cəfərov Vidadi müəllimə 6000 manat verməyin gərəkliyini bildirib. Sonra həmin məbləğdə pulu Rəhimə verib və taksi ilə Sumqayıta gediblər. Sumqayıt Apellyasiya Məhkəməsinin binasına girib-çıxan R.Əmrəliyev hakimin xəstəxanada olduğunu deyib və pulu İslamova qaytarıb. Söz verib ki, hakimlə telefonla danışacaq, onunla bir məktəbdə oxuyub, ola bilsin heç pul da götürməsin, narahat olmağa dəyməz.

Əbülfəz kişinin sözlərinə görə, məhkəməyə üç gün qalmış vəkil Əmrəliyev ona zəng edərək, işi 2500 manata bağlayacaq başqa adam tapdığını deyib və vədələşdikləri “İnşaatçılar” metro stansiyasının yanında görüşərək həmin pulu ondan alıb. Lakin apellyasiya məhkəməsi əvvəlki qərarı qüvvədə saxlayıb. Pul gerui istəyəndə Rəhim ona deyib ki, “sən mənə 20000 manat da vermiş olsan, bunu sübut edə bilməzsən”.

İslamov həmçinin xatırladır ki, hər iki vəkil barədə Vəkillər Kollegiyasına şikayət edib, Kollegiya məsələni araşdıraraq M.Hüseynzadəyə töhmət, R.Əmrəliyevə xəbərdarlıq elan edib. Hüquq-mühafizə orqanlarına etdiyi şikayəti isə mülki xarakterli olmasını əsas gətirərək məhkəməyə müraciət etməsini tövsiyə ediblər.

Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA