Azərbaycan İdeyası

Öz vəkillərinə vəkillik edən Kollegiya

Tarix:18-03-2021, 08:58
Baxış Sayı:77

Öz vəkillərinə vəkillik edən Kollegiya

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Hüseynzadə Mehdi Pəli oğlunun barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Quliyevanın göndərdiyi müraciətinə üstündən xeyli müddət keçəndən sonra nəhayət ki, cavab gəlmişdir. Rəyasət Heyətinin sədr müavininin imzaladığı 11.01.2021-ci il tarixli 39 saylı həmin məktubda bildirilir ki, müraciətə Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin icalsında baxılmışdır. Həmçinin bildirilir ki, qəbul edilmiş qərara əsasən ərizədə qeyd edilən məlumatların araşdırılması Rəyasət Heyətinin səlahiyyətinə aid olmadığından, məsələyə hüquqi qiymət verilməsi mümkün olmamışdır.

Bu barədə məlumatı “Korrupsiya və Qanun” qəzetinin oxucuları ilə bölüşməyi məqsədəuyğun hesab edən X.Quliyeva haqlı olaraq belə bir sual ortaya qoyur: “Nəyə görə ərizə göndərdiyi vaxtdan cavab alana kimi keçən müddət ərzində dəfələrlə zəng edib nəticəni soruşduğu hallarda ona Vəkillər Kollegiyasının Rəyasət Heyətinin M.Hüseynzadənin hərəkətinə (hərəkətsizliyinə) hüquqi qiymət vermək səlahiyyətinin olmadığı deyilməyib, boşuna vaxtı alınıb? Nəyə görə cavab məktubunda belə səlahiyyəti olan orqanın adı çəkilməyib və müəllifə məhz həmin orqana müraciət etmək tövsiyə olunmayıb? Ümumiyyətlə, birdən Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkilin əməllərində cinayət tərkibi görmüş olsa, o halda da hərəkətsizlik edəcəkmi?

X.Quliyeva Vəkillər Kollegiyasına növbəti müraciəti ilə İntizam Komissiyasının vəkil M.Hüseynzadə barədə araşdırmasına verdiyi rəyi almağa hazırlaşır. Görək, bu dəfə nə cavab verəcəklər?!

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq