Azərbaycan İdeyası

,,Mehriban xanım gündə bir şəhid övladı göndərir üstümüzə ki,ev verin" - ,,Qaçqınkom" rəhbərliyi şəhidləri qaliblərə və məğlublara bölür ?

Tarix:20-09-2021, 11:25
Baxış Sayı:2 862

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq.
Dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, iştirakçılarına münasibətində ayrı-seçkilik yoxdur. Amma redaksiyamıza daxil olmuş 14 sentyabr 2021-ci il tarixli müraciətdə iddia olunur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri cənab Rövşən Rzayev və Komitənin aparat rəhbəri Eldar Zeynalov şəhidləri KÖHNƏLƏRƏ və TƏZƏLƏRƏ bölürlər. Belə yanaşma haqlı olaraq cəmiyyətdə elə fikir formalaşdırır ki, bu sahədə dövlət siyasətini həyata keçirməklə vəzifələndirilmiş şəxslər sözügedən kateqoriyaya aid insanları QALİBLƏRƏ və MƏĞLUBLARA bölürlər.
Müraciətin müəllifi - Sumqayıt şəhəri “Əlvan – metal” pansionatında məskunlaşmış Baxşəliyeva Hafizə Hilal qızı bildirir ki, atası Baxşaliyev Hilal Hüseyin oğlu 1994-cü ildə Füzuli rayonu və digər ərazilərimizin bütövlüyünün qorunması uğrunda vuruşmuş və qəhrəmancasına şəhid olmuşdur. Hal – hazırda Hafizə xanımın anası Kazımova Rahlə İzəməddin qızı xəstə olduğu üçün ailəni təmsil etmək hüququnu etibarnamə ilə ona vermişdir. Yazır ki, şəhid ailəsi kimi mənzilə ehtiyaclı olduqları üçün Sumqayıt şəhərində bütün aidiyyəti dövlət orqanlarına rəsmi şəkildə müraciət etmələrinə baxmayaraq, heç bir nəticə hasil olmamışdır.
H.Baxşaliyevanın sözlərinə görə, müraciət etdiyi yüksək vəzifəli şəxslərdən onu təhqir edənlər də olub: “Eldar Zeynalov (QMKİDK – nin aparat rəhbəri – red.) mənə dedi ki, sənin atanın ağlı osaydı, müharibəyə getməzdi, şəhid olmazdı. Sənin atan köhnə şəhiddi, biz aprel şəhidlərinə kömək edirik. Qaçqın şəhiddi, bizlik deyil. Rövşən Rzayevin (QMKİDK sədri – red.) qəbulunda olanda dedim ki, iki uşaqla ortada qalmışam. Dedi ki, heç nə olmaz, biz dözümlü xalqıq. Döz, sənin atan indi şəhid olmayıb, köhnə şəhiddi, gözlə, ev olanda verərik, darıxmayın. Bizi lağ elədi, dedi niyə gəlmisiniz, sənin atan şəhid olanda 4 yaşın vardı, bilmirdin ata nədir, elə bil ki, atan heç yoxuymuş. Eldar Zeynalov dedi ki, Mehriban xanım (Birinci vitse-Prezident – red.) gündə bir şəhid övladı göndərir üstümüzə ki, ev verin”.
Müraciətinin sonunda şəhid qızı redaksiyadan xahiş edir ki, onun probleminin KİV-də ictimailəşdirilərək aidiyyəti orqanlara çatdırılmasına köməklik göstərilsin.
Vüqar Xəlilov

OXŞAR XƏBƏRLƏR
Tara 5 oktyabr 2021 06:05
  Жалоба     
I'm gone to inform my little brother, that he should also
go to see this weblog on regular basis to take updated from
newest reports.

Look into my page - https://www.articleritz.com/tips-to-get-anywhere-from-100-likes-to-10000-likes-
on-tiktok/
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama