Azərbaycan İdeyası

POLİSƏ TƏŞƏKKÜR

Tarix:12-10-2021, 18:13
Baxış Sayı:445

Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.
Daxili İşlər Nazirliyi (DİN) vaxtaşırı olaraq əhalinin diqqətinə çatdırır ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal nazirliyin 102 - Zəng Xidməti mərkəzinə məlumat verilməlidir.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinə müraciətlərində həmişə polis-vətəndaş münasibətlərinə toxunub: “Vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir. İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir”.
Bu sahədə görülən işlərin səmərəliliyinin nəticəsidir ki, polisin həssas münasibətindən və müraciətlərə çevik reaksiya verməsindən məmnun qalan vətəndaşlar DİN rəhbərliyinə və yerlərdəki polis orqanlarına minnətdarlıqlarını ifadə etmək üçün daha geniş tribuna axtarır və kütləvi informasiya vasitələrinə üz tuturlar. “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti də bu mənada istisna deyildir.
Bu günlərdə redaksiyamıza müraciət etmiş vətəndaş Əhmədov Anar Elşad oğlu bildirir ki, bir ay bundan əvvəl ailə üzvləri sifariş etdikləri taksi şirkətinə məxsus taksidən istifadə etdikdən sonra həmin sürücü tərəfindən ailə üzvünə məxsus telefon nömrəsinə mütəmadi zənglər gəlmiş, narahatçılıq törədilmişdir: “Bu barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət etdim və həmin taksi sürücüsü qısa müddət ərzində müəyyən edilərək barəsində qanuni tədbir görüldü. Hörmətli cənab nazir başda olmaqla, polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.
Qanunsuzluqların bütün növ təzahürlərinə qarşı mübarizə müstəvisində hüquq-mühafizə orqanları ilə tərəf müqabili kimi çıxış edən “Korrupsiya və Qanun” qəzeti polisin fəaliyyəti barədə razılıq ifadə edən bütün təşəkkürnamələrə öz səhifəsində yer verməyə hazırdır.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Yevlaxda vəkil dərmandan zəhərlənərək öldü
Yevlaxda vəkil dərmandan zəhərlənərək öldü
İmişli İcra və Probasiya Şöbəsi borclulara niyə “humanist” yanaşır?
İmişli İcra və Probasiya Şöbəsi borclulara niyə “humanist” yanaşır?
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."