Azərbaycan İdeyası

“Kapitalbank” ölmüş müştərisi ilə kredit müqaviləsinə xitam verməyibmi?

Tarix:12-11-2021, 10:00
Baxış Sayı:457

Bankdan kredit götürən şəxslər kreditin təminatlı və ya təminatsız olmasından, eyni zamanda borcalanların yaşından asılı olaraq sığortalanır. Belə ki, kredit təminatlı olduqda girov predmeti (daşınar və daşınmaz əmlak) olan əmlak sığorta şirkətlərinin tarifinə müvafiq olaraq kreditin müddətindən asılı olaraq sığortalanır. Kredit təminatsız olduqda isə borcalanlar iş yerlərinin vəziyyətindən və yaşından asılı olaraq sığortalanır. Sığorta haqqı sığorta şirkətlərinin tarifinə müvafiq olaraq kreditin müddətindən, təminatın növündən və borcalanların yaşından asılı olaraq müəyyən edilir. Qanunvericilikdə müştərinin sığortalanması məcburi xarakter daşımır. Bu addım bankların üzərinə düşür. Bəzən müştəri əlavə xərcdən qaçmaq üçün sığortalanmaqda maraqlı olmur. Onsuz da banklar kredit məbləğinin 6-7%-ni özünə komisyon haqq kimi götürür. Banklar xüsusilə, böyük məbləğdə kreditləri və ipoteka kreditlərini sığortalamaqda maraqlı olur. Amma digər hallarda banklar müştəri və kreditləri sığortalamağa həvəs göstərmir. Çünki, bu son nəticədə kreditin qiymətini qaldırır.
Azərbaycanda banklarla müştərilər arasında problemlərdən biri də kredit götürən şəxsin vəfatı zamanı yaranır. Bank qarşısında borc öhdəliyi olan şəxsin ailəsinin aztəminatlı olması bu problemin daha da böyüməsinə səbəb olur.
Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olan, hazırda Bakı şəhərində yaşayan Abdullayeva Firəngiz Məmməd qızı redaksiyamıza müraciət edərək bildirmişdir ki, anası Abdullayeva Şamama Ağaməmməd qızı ilə “Kapitalbank” ASC-nin Astara rayon filialı arasında 07.02.2018-ci il tarixdə 48 ay müddətinə №176 CLM-3180380003 saylı kredit müqaviləsi bağlanmışdır. Şamama Abdullayeva durğunluq – ürək çatışmazlığı səbəbindən 20 noyabr 2020-ci ildə vəfat etmişdir. “Kapitalbank” ASC ilə müqavilə bağladığı gün “Paşa Həyat Sığorta” ASC tərəfindən baş verə biləcək bədbəxt hadisələrdən, o cümlədən, ölüm hadisəsindən sığortalanıbmış.
Məlum olduğu kimi, vətəndaş öldüyü halda onun bütün - əmlak, əmək, mənzil və s. hüquqlarına xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558-ci maddəsində borclunun ölümü, yəni şəxsi iştirakı olmadan icrası mümkün olmayan öhdəliyin xitamı nəzərdə tutulur. Bu isə ölmüş müştərinin kredit müqaviləsinə xitam verilməsi üçün əsasdır. Şamama Abdullayeva ilə “Kapitalbank” arasında bağlanan müqavilənin 11-ci bəndinin tələbində göstərilir ki, bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Firəngiz Abdullayeva istəyir ki, “Kapitalbank” ASC ilə anası Abdullayeva Şamama Ağaməmməd qızı arasında bağlanan müqavilənin tərəfi kimi onun 20.11.2020-ci il tarixində vəfat etdiyi faktını əsas götürərək, həmin müqaviləyə “Kapitalbank” ASC tərəfindən verilən xitamın surətinin ona göndərilməsinə nail olsun.
Vüqar Xəlilov

OXŞAR XƏBƏRLƏR
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın doğum günüdür
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət