Azərbaycan İdeyası

VALİDEYNLƏRİ İLƏ TƏSƏRRÜFATI AYRILAN ÖVLAD ÖZ PAYINA DÜŞƏN TORPAĞI İSTƏYİR

Tarix:24-09-2020, 13:16
Baxış Sayı:401

Torpaq ehtiyatları bütün ölkələrin inkişafı üçün onun varlığının və potensial imkanlarının əsas elementlərindən biri kimi hər bir sərvətin ilk mənbəyidir. Məhz bu səbəbdən tarixboyu torpağa sahib olmaq üçün həm ölkə daxilində ayrı-ayrı şəxslər və inzibati ərazi bölgələri arasında, həm də dövlətlər arasında həmişə mübarizə getmişdir. Bəzən bu mübarizə ailə üzvləri arasında da müşahidə olunur.
Neftçala rayonunun Xəzərkənd kənd sakini Quliyev Valeh Şamil oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirmişdir ki, atası Quliyev Şamil Rəşid oğlu və Quliyeva Nazakət Fərman qızı onu evdən çıxarıblar. Odur ki, adambaşına verilmiş 5 hektar torpaq sahəsinin ona düşən həmin ölçüdə payını istəyir ki, əkinçiliklə məşğul olsun. O, həmçinin torpağa yiyələndikdən sonra bundan irəli gələn sosial sığorta və vergi öhdəliklərini də yerinə yetirməyə hazır olduğunu bildirmişdir.
Mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur: 5 hektaradək olduqda - 2 faiz miqdarında, 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında, 10 hektardan yuxarı - 10 faiz miqdarında.
Məsələn, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq 5 manat məbləğində, cəmi ailə üzvləri isə 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.
Habelə, torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.


Ramil Axundov

OXŞAR XƏBƏRLƏR
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın doğum günüdür
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət