Azərbaycan İdeyası

Polis təhqiqatçısı dələduzun əməlinə şərik olan yaxın adamlarını niyə məsuliyyətdən kənarlaşdırıb?

Tarix:24-12-2021, 12:40
Baxış Sayı:480

Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 4, otaq – 9 ünvanda yaşayan Alıyeva Vəfa Alıkişi qızı ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirmişdir ki, 2012-ci ildə tanış olduğu Ruqəyya adlı şəxs ondan Qaradağ rayonunun Lökbatan qəsəbəsində mağaza açmaq üçün borc pul istəmişdir. Vəfa Alıyeva onun xahişini yerinə yetirərək ilk dəfə 2700 (iki min yeddi yüz) manat pulu Ruqəyyanın yanında gələn kürəkəni Aslana vermişdir. Aslan ona 10 gün müddətinə borcu qaytaracağını vəd etmişdir.
Bir neçə gün sonra Ruqəyya yenidən ona zəng vuraraq pul istəmiş, torpaq alqı-satqısı ilə məşğul olduğunu, əvvəlki borcu ilə birgə qaytaracağını demişdir. Bu dəfə 1300 (bir min üç yüz) manat pulu yenə də Ruqəyyanın kürəkəni gəlib Vəfadan götürmüşdür. Daha sonrakı dövrdə Ruqəyya daha kürəkənini deyil, öz həyat yoldaşını göndərərək üç dəfə əlavə olaraq Vəfadan üst-üstə 8000 (səkkiz min) manat borc almışdır. Beləliklə, əvvə-axır Ruqəyyanın Vəfaya 12000 (on iki min) manat borcu yaranmışdır.
Çox inandığı, etibar etdiyi Ruqəyyanın borcu qaytarmaqdan yayındığını, hətta borc qarşılığında ona ucuz torpaq alıb verəcəyi barədə verdiyi sözü də tutmadığını başa düşən Vəfa Alıyeva nəhayət, 12.08.2021-ci il tarixdə ondan Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə şikayət edir və bu zaman nə aşkarlansa yaxşıdır?: Ruqəyya kimi tanıdığı şəxsin adı əslində Rübabə imiş!
Vəfa Alıyeva bu faktı, yəni, Rübabənin öz əsl adını gizlədərək ondan borc adı ilə pul götürüb mənimsəməsini dələduzluq hesab etdiyini yazır. Bundan başqa, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı polis baş leytenantı Vüqar Eyyubov şikayətçiyə bildirib ki, Aslanın qaynatası, yəni, Rübabənin əri axtarışa verilib, amma tapılmayıb. Sorğuya əsasən polisə cavab verilib ki, Rübabə Quliyeva hal-hazırda Nizami rayon məhkəməsinin qərarı ilə AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətdiyinə görə) məhkum olunub.
Vəfa Alıyeva həmin məhkəmə qərarını oxuduğunu da qeyd edir: “Məlum oldu ki, dələduzluq yolu ilə mənim pulumu mənimsəyən Rübabə Quliyevaya Nizami rayon məhkəməsinin qərarı ilə cinayət işi açılıb”.
Göründüyü kimi, Vəfa Alıyevanın aldadılaraq pulunun mənimsənilməsində bir deyil, yaxın qohumlar olan üç nəfər iştirak edib, başqa sözlə, mütəşəkkil cinayətkar dəstə. Rübabənin kürəkəni Salehov Aslan Mübariz oğlu da polisə verdiyi ifadəsində Vəfa Alıyevadan pulu alıb qaynanasına çatdırdığını etiraf etmişdir.Yəni, həmin şəxslərin cəzaları da müvafiq olmalıdır. Lakin təhqiqatçı Eyyubov Vüqar Ramiz oğlu şikayətçi Alıyeva Vəfa Alıkişi qızının müraciətində qeyd etdiyi xüsusatların mülki xarakter daşıdığını əsas gətirərək, 22 avqust 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılmasını rədd etmiş, məhkəmədə iddia qaldırmağı tövsiyə etmişdir. Haqlı sual meydana çıxır: Görəsən, polis üçün Rübabənin ərini axtarıb tapmaq bu qədərmi çətindir? Yaxud, təhqiqatçı heç Aslan Salehova sual veribmi ki, qaynanasının həbs olunmasına səbəb olan digər dələduzluq əməlləri barədə nə bilir? Qaynanası onun əli ilə daha kimlərdən pul alıb? Rübabə Quliyeva məşğul olduğu torpaq alverində nə dərəcədə səmimi olub? Onun daşınmaz əmlak üzrə alver tərəfdaşları kimlərdir? Onların arasında torpaq üzərində sərəncamvericilik hüququ və səlahiyyəti olan vəzifəli şəxslər (bələdiyyə sədrləri, icra nümayəndələri və s.) varmı?
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür